İranda səhiyyə nazirinin müavini də koronavirusa tutuldu!

25-02-2020, 17:47   



İranda səhiyyə nazirinin müavini də koronavirusa  tutuldu!

Hurriyyet.org xəbər verir ki, İranın səhiyyə nazirinin müavini İreç Herirçi özündə yeni tipli koronavirusun (Kovid-19) aşkar edildiyini bildirib.

Səhiyyə Naziriliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kiyanuş Cihanpur koronavirusunun ölkədə ümumilikdə 15 nəfərin ölümünə səbəb olduğunu, ümumilikdə, 95 nəfərin xətliyə yoluxduğunu açıqlayıb.

İran parlamentində Qum şəhərini təmsil edən millət vəkili Əmirabasi şəhərdə son iki həftə ərzində yeni tipli koronavirusdan 50 nəfərin öldüyünü, 250 nəfərin də karantində saxlanıldığını bildirmiş, Səhiyyə Nazirliyini xalqa yalan söyləməkdə ittiham eləmişdi. Səhiyyə Nazirliyinin məmurları isə bu iddiaları rədd eləmişdilər.

Hurriyyet.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.