Hurriyyet.org xəbər verir ki, iranlı millət vəkili Mahmud Sadiqi özündə yeni tipli koronavirus aşkar edildiyini bildirib. Millət vəkili “Tvitter” səhifəsindəki açıqlamasında deyib: “Kovid-19 testim müsbət cavablandı. Mən koronavirusa yoluxmuşam. Bu mesajı bu dünyada yaşamağa ümidim az olduğu bir vəziyyətdə yazıram”.
Virusun həbsxanada yayılmasının qarşısının alınması üçün deputat həmçinin Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisini siyasi məhbuslara məzuniyyət verməyə çağırıb.