İran Səhiyyə Nazirliyi ölkəə tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar yeni məlumat yayıb. Nazirliyin rəsmisi Kiyanuş Cahanpur ölkədə 19 nəfərin koronavirusdan öldüyünü bildirib. Onun sözlərinə görə, İranda 44 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus diaqnozu qoyulanların sayı 139 nəfərə çatıb.
K.Cahanpur deyib ki, hazırda ölkə ərazisində cəmi 1 383 nəfərdə koronavirusa yoluxma əlamətləri var. Onların qan nümunələrinin analizi aparılır.
Bu arada ölkənin Gilan əyalətinin Lahican şəhər xəstəxanasında koronavirusa yoluxduğu güman edilən tibb bacısı ölüb. Nərgiz Xanəlizadənin 25 yaşında olduğu və 4 ildir xəstəxanada tibb bacısı işləyədiyi bildirilir . Onun koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik dəqiq məlum deyil.
virtualaz.org