"Koronavirusa yoluxmuş şəxsin ölkəmizdə olması çox təhlükəlidir".Bu sözləri
Publika.az-a açıqlamasında
professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, koronavirus digər viruslar kimi kontakt yolu ilə keçdiyinə görə yoluxmanın baş verməsi üçün nəfəs yollarına düşməsi yetərlidir:
"Virusa yoluxmuş gürcüstanlı şəxsin İrandan Gürcüstana qayıdarkən 12 saatdan çox ölkə ərazisində olduğunu nəzərə alsaq, bu müddət yoluxdurma üçün yetərli vaxtdır. Ona görə də həmin insanla ünsiyyətdə olan hər kəsin virusa yoluxa biləcəyi danılmaz fakt sayılır. Bu baxımdan koronavirusun Azərbaycana daşınması, burada yayılması mümkündür".
Professor koronavirusun pik dövrünün arxada qaldığını desə də, gələn ayın təhlükəli olduğunu bildirib: "Martda virus tüğyan edəcək, ancaq pik dövr artıq geridə qalıb".
Tağı Həsənov