Azərbaycanın Baş konsulunu İŞİD-ə bağlayan nədir? – Nuru Quliyevi bitirəcək sənədlər

28-02-2020, 13:36   



Azərbaycanın Baş konsulunu İŞİD-ə bağlayan nədir? – Nuru Quliyevi bitirəcək sənədlər

Türkiyənin koronavirusu bahənə edərək Naxçıvanla çoxdan planlaşdırdığı əlaqələri kəsdiyi barədə məlumat vermişdik. Onu da bildirmişdik ki, Muxtar Respublika rəhbərliyinin bu nəfəslikdən pis niyyətlə istifadə etdiyi, zaman-zaman müxtəlif terror qruplaşmalarına kömək etdiyi barədə Türk əks-kəşfiyyatında təkzibedilməz məlumatlar var və bu addım da məhz o səbəbdən atılıb.

Ovqat.com-un dünən yaydığı bu məlumata Muxtar Respublika rəhbərliyindən heç bir reaksiya verilməyib. Amma reaskiya verən tərəflər tapılıb. Belə ki, dünən əldə etdiyimiz bir məlumat iddialarımızı tamamilə dəstəkləyəcək mahiyyətdədir.

 

Məlumata görə, 2015-ci il 28 yanvar tarixində İstanbuldan Bakıya edilmiş bir telefon zəngi Türk əks-kəşfiyyat orqanlarının qulağına “taxılır”. 0(531) 701 9094 nomrəli telefondan edilən bu zəngdə Azərbaycan ləhcəsi ilə danışan bir şəxs öz atasında İstanbulda olduğu və ölkəyə qayıtmaq istədiyini bildirir. Sözügedən şübhəli zəngdən sonra Türk kəşfiyyat orqanları bu şəxsi araşdırmağa başlayırlar. Onun 1993-cü il təvəllüdlü Nicat Məmmədov Mübariz oğlu adlı Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilir.

 

Şəkildə: İddialarımızı təsdiqləyən rəsmi sənəd

Dərinləşdirilmiş araşdırmalar nəticəsində o da məlum olur ki, N.Məmmədov bir neçə il əvvəl İstanbula gəlir və burada İŞİD-çi bir qadınla evlənərək Suriyaya gedir. Həmin evlilikdən onların bir uşaqları dünyaya gəlir. Daha sonra Suriyada İŞİD-ə qarşı əməliyyatlar güclənincə, Nicat ailəsi ilə birlikdə yenidən Türkiyəyə qayıdır. İddialara görə, Türkiyəyə ayaq basdığı gündən ölkənin kəşfiyyat orqanlarının nəzarətində olan Nicatın əlaqələrini təsbit etmək üçün ona toxunmurlar. O da İstanbula gələrək atasına zəng edib Azərbaycana qayıtmaq üçün kömək istəyir.

 

Şəkildə: İŞİD-çinin atası Mübariz Məmmədovun pasportu

Ata Mübariz Məmmədov oğlunun imdad çağırışına müsbət cavab verir və dərhal İstanbula gəlir. Azərbaycan hakimiyyətin yüksək vəzifələrində çalışan yaxın qohumu vasitəsilə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevə çıxan Məmmədovlar ölkəyə qayıtmaq planı qururlar. Bu plana əsasən, Məmmədovlar İğdıra gəlməli və Nuru Quliyev onları burda öz maşınına mindirib Naxçıvana keçirməli imiş.

 

Məmmədovlar plana uyğun şəkildə İğdıra gəlirlər. Türk əsk-kəşfiyyat orqanları Nuru Quliyevi təqibə alırlar. Onun da maşının Qarsdan çıxıb İğdıra gəldiyi təsbit olunur. Maşın Məmmədovların qaldığı otelə yaxınlaşanda isə əməliyyat başlayır. Ata və oğul Məmmədovlarla yanaşı onların İŞİD-çi gəlini və azyaşlı övladları göz altına alınaraq İğdır polisinə aparılırlar. İfadələri alındıqdan sonra yalnız Nicat Məmmədov saxlanılaraq işi məhkəməyə göndərilir. Digər Məmmədovlar isə sərbəst buraxılır.

Məlumata görə, Nican artıq 5 ildir ki, terrorda iştirak maddəsilə Türkiyənin Ağrı rayonundakı Patnos L tipi qapalı həbsxanasında cəza çəkir. Qeyd edək ki, Türkiyədə L tipli həbsxanalar xüsusilə ağır cinayətlər törətmiş məhkumlar üçün nəzərdə tutulan kiçik həcmli türmələrdir və Nicat Məmmədovun orda saxlanılması cinayət əməllərinin dərəcəsindən xəbər verir.

 

Əməliyyatdan sonra türk tərəfi Nuru Quliyevə bu hərəkətlərinin diplomata yaraşmadığını çatdırıb və Nicat Məmmədovun həbsi ilə əlaqədar Azərbaycanı məlumatlandırmasını məsləhət biliblər. Üzərindən 5 il keçməsinə baxmayaraq, Baş konsulun hadisə ilə əlaqədar məlumatı müvafiq dairələrə çatdırmadığı iddia olunur.

Bildirildiyinə görə, Türkiyə Azərbaycanı bir dövlət olaraq çətin vəziyyətə salmamaq üçün əməliyyatı Baş konsulun maşınında həyata keçirməyib. Məsələ burasındadır ki, Nuru Quliyevin bir diplomat kimi də öz hüquqlarının çərçivəsindən xəbəri yox imiş. O, 18.04.1961-ci il tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının diplomatlara verdiyi toxunulmazlıq hüququndan faydalana biləcəyini düşünərək, adam qaçırma əməliyyatını həyata keçirməyə razılıq verib. Çünki bu Konvensiyaya görə, diplomatın özü ilə bərabər çalışdığı ofis, yaşadığı bina, mindiyi maşın və digər əmlakları da toxunulmazdır. Bu əmlaklar diplomatın təmsilçisi olduğu dövlətin ərazisi hesab olunduğundan həmin məkanlara polis və xüsusi kəşfiyyat orqanlarının müdaxiləsi başqa dövlətin ərazisinə təcavüz kimi qiymətləndirilir və müharibə səbəbi sayılır. Görünür, Baş konsul da bu hüquqa söykənərək terrorçunu Naxçıvana keçirməyi planlaşdırdığı maşının yoxlanılmayacağına əmin imiş.

 

Halbuki, həmin hüquq səlahiyyətli və fövqəladə səfirlər üçün nəzərdə tutulur. Nuru isə səfir yox, Baş konsuldur. Baş konsulun hüquqları Diplomatik əlaqələr Konvensiyasi ilə yox, 24.04.1963 tarixli Konsulluq əlaqələri haqqında Vyana Konvensiyası ilə tənzimlənir. Konsulluq haqqında Konvensiyada isə toxunulmazlıq hüquqları xeyli məhduddur. Bu Konvensiyaya görə, əsaslı şübhələr varsa Baş konsulların faəliyyət göstərdikləri ölkələrin hüquq mühafizə və kəşfiyyat orqanları onların maşınını da yoxlaya bilərlər, evini də, hələ üst-başını da. Nuru Quliyevin adam qaçırma planındakı bu şübhələr isə əsaslılıq həddindən də yuxarı imiş.

 

Fəqət Türkiyə iki dövlət arasındakı qardaşlıq münasibətlərini nəzərə alıb ölkəmizin əleyhinə böyük beynəlxalq skandal üçün əsas yaratmaq istəməyib. Çünki Baş konsulun xidməti maşınında bir terroristin ələ keçirilməsi bu əməlin arxasında Azərbaycan dövlətinin dayanması kimi naxoş qənaətlər formalaşdıra bilərdi. Türkiyənin bu jestinin müqabilində Azərbaycan ən azı həmin baş konsulu geri çağırmalı və onun diplomatik fəaliyyətinə ömürlük qadağa qoymalı idi. Nuru Quliyev isə əvəzedilməz diplomat kimi hələ də Qarsdakı baş konsulumuzdur.

Ovqat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.