Uzaq Çindən gələn yaxın ölüm: Miflər və reallıq - İldə 13 milyon insan öləcək, əgər...

2-03-2020, 17:09   


Uzaq Çindən gələn yaxın ölüm: Miflər və reallıq - İldə 13 milyon insan öləcək, əgər...

Dünyanın nüfuzlu mətbuat orqanlarının xəbər lentini koronavirus xəbərləri "bəzəyir”.

Bir-birinin ardınca virusa yoluxma, ölüm halları ilə bağlı xəbərlər yayılır. COVİD-19 adlandırılan yeni virusdan ölüm hallarının artması narahatlıq üçün ciddi əsas yaradıb.

Cebhe.info xəbər verir ki, ancaq bir çoxları narahatlıqlarını biruzə verməyərək, yaxud da ciddi narahat olmayaraq havaların istiləşməsi ilə virusun məhv ediləcəyinə ümid bəsləyir. Ancaq bunlar bəzən mifdən başqa bir şey olmur. Bu qrupa daxil olanların əsas rahatladığcı faktoru odur ki, il ərzində qripdən ölüm halları dəfələrlə yüksək olur. Ancaq nəzərə alsaq ki, virisun qeydə alındığı qısa müddətdə ölüm faktları 3 mindən artıqdır, deməli, narahatıq üçün əsaslar var.

13 milyon nəfər öləcək?

Virusun yayıldığı Çində ona yoluxanlardan 2 faizi dünyasını dəyişir. Bu say Çində aparılan tədqiqatla bağlıdır. Halbuki ABŞ-da son mövsümdə qripə yoluxanlardan ancaq 0,1 faizi vəfat edib. Araşdırmalara görə, dünyada qripdən il ərzində 650 minə yaxın insan vəfat edir. Əgər COVİD-19 qrip kimi kütləvi yayılarsa, o zaman ölüm halları ildə 13 milyon nəfərə çata bilər. Bu isə kifayət qədər qorxuducu rəqəmdir.

Uzaq Çin, yaxın ölüm

Bəziləri virusun Çində yayıldığını əsas göstərərək məsafənin uzaq, əlaqələrin o qədər də sıx olmaması səbəbindən koronanın başqa ölkələrdə geniş yayılmayacağını təxmin edir. Ancaq virusun yayıldığı dünya xəritəsi göstərir ki, artıq 40-dan artıq ölkədə yoluxanlar var. İranda ölüm hallarının artması ciddi siqnaldır. İtaliyada da vəziyyət yaxşı deyil. Bu ölkə ölü sayına görə 3-cü yerdədir. Deməli, Çinin uzaq olması da təhlükədən sığortalamır.

İsti və soyuq mifi dağılır

Virusun soyuq ölkələrdə yayılmamasına dair söyləntilər də mifdən başqa bir şey deyil. Çünki virus məhz insan orqanizmində çoxala bilir ki, insan bədənində də daim yüksək temperatur olur. Virus təbiətdə dözümsüz ola bilər, ancaq insan orqanizminə düşdüyü andan etibarən güclənməyə başlayır. Deməli, isti və ya soyuq hava virusu öldürəcək düşüncəsi də o qədər ağlabatan deyil. Hələlik virusun insan orqanizmindən kənarda nə qədər yaşadığına dair nəticə yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının saytında bildirilib ki, bu müddət bir neçə saatdan bir neçə həftəyə qədər ola bilər.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.