Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın da iştirakı ilə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən üçtərəfli zirvə görüşündə iştirak etməkdən imtina edib.Axar.az xəbər verir ki, bu barədə məlumatı Bolqarıstanın Baş naziri Boyko Borisov mətbuata açıqlamasında bildirib.
“Cənab Ərdoğan yunan əsgərlərinin sərhəddə qaçqınlara atəş açmasına görə Yunanıstanın Baş naziri Miçotakis ilə bir masaya oturmaqdan imtina etdi”, - deyə Borisov qeyd edib.