Qonşuda məktəblərin bağlanmasının ardınca bütün kütləvi tədbirlər ləğv edilir CƏMİ 3 YOLUXMA HALI VAR...

3-03-2020, 11:47   

Gürcüstan hökuməti ölkədə koronavirusa 3 yoluxma halının qeydə alınmasına görə əhalini epidemiyadan qorumaq üçün yeni tədbirlər barədə qərar verib.

Virtualaz.org xəbər verir ki, hökumət bütün kütləvi tədbirlərin ləğv edlməsi barədə yerli hakimiyyətlərə təlimat göndərib. Bundan əvvəl Gürcüstanda bütün təhsil müəssisələrində tədris dayandırılmışdı.

Hazırda bu ölkədə 120 nəfər karantindədir, onlar İrandan gələnlər və ya virusa yoluxanlarla təmasda olanlardır. Habelə hökumət bütün ictimai yerlərin, dəmir yol stansiyalarının və qatarların dezinfeksiya edilməsi tədbirlərinin davam etdirilməsini tapşırıb. İnsanların çox olduğu yerlərdə dezinfeksiyaedici mayelərlə dolu spenserlər quraşdırılır. Parlamentin binasında da karantin işləri aparılıb.

Xatırladaq ki, Gürcüstana virus Azərbaycan üzərindən keçməklə İrandan və İtaliyadan “daxil olub”. Hazırda Çindən sonra ən ağır epidemioloji vəziyyət məhz İran və İtaliyada hökm sürür.

Virtualaz.org



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.