Azərbaycanda karantinə alınan yüksək vəzifəli gömrük əməkdaşları danışdı – VİDEO

3-03-2020, 13:46   

Azərbaycanda karantinə alınan yüksək vəzifəli gömrük əməkdaşları danışdı - VİDEO

Karantinə alınmış xəstəxanadan görüntülər yayımlanıb.

 REAL TV əməkdaşı koronavirus şübhəsi ilə karantinə götürülən şəxslərlə söhbət edib.



Bununla yanaşı, xəstəxananın baş direktoru Emin Hüseyn son məlumatları açıqlayıb.

O bildirib ki, müşahidə altında saxlanılan xarici vətəndaşların əksəriyyəti İran vətəndaşlarıdır. Azərbaycan vətəndaşları isə əsasən Qumda təhsil alan tələbələrdir. Onlar Qum şəhərində epidemiya ocağı olan ərazidən Azərbaycana qayıdıb.

Pasiyentlərdən analizlər götürülüb və laboratoriyada yoxlanılıb. Həmin şəxslərdə virus aşkarlanmayıb. Karantində olan şəxslər 14 gün müddətində müşahidə altında saxlanılacaqlar.

Karantində saxlanılanlar arasında yüksək vəzifəli gömrük əməkdaşları da var. Onlar da səhhətləri ilə bağlı danışıb və özlərini yaxşı hiss etdiklərini söyləyiblər. Yaradılan şəraitdən razı qalan gömrük əməkdaşları həkimlərin yüksək səviyyədə xidmət etdiklərini bildiriblər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.