İdlibdə Türkiyəyə hücumun arxasından Rokfeller çıxdı - ŞOK PLAN

3-03-2020, 14:14   
 

Türkiyədə Avrasiyaçılıq xəttini dəstəkləyən “Aydınlı” qəzeti İdlib böhranı və Ankara ilə Moskvanın üz-üzə gəlməsinin arxasındakı güclərdən bəhs edən məqalə yayımlayıb.

Publika.az 
xəbər verir ki, məqalədə qarşıdurmanın arxasındakı gücün ABŞ, daha doğrusu Vaşinqtonun xarici siyasətini müəyyən edən Xarici Əlaqələr Şurası (CFR) olduğu iddia olunur: “CFR-nin fəxri prezidenti, əslində gerçək rəhbəri “Dünya İmperiyası” və “Yeni Dünya Nizamı”nın hamisi Datüvid Rokfellerdir. CFR-nin media orqanı olan “Foreign Affairs” nəşri son günlər İdlib məsələsini qabartmaqdadır. Nəşr tez-tez Suriyada yeni fürsətlərin yarandığını yazır. Məsələn, Cenifer Cafarella yazır ki, “İŞİD yenidən dirilir”, “Derada rejim əleyhdarları hərəkətə keçir”, “İran və Livandakı böhran Əsədi maliyyəsiz vəziyyətə saldı”, “Türkiyə-Rusiya gərginliyi yeni fürsətlər yaradır”. Cafarella bir tərəfdən bildirir ki, “Türkiyənin İdlib əməliyyatına dəstək verilməlidir”, digər tərəfdən “kürdlərə dəstək davam etməlidir”. Burada bir tərəfdən maliyyəsiz qalan Əsədin ABŞ-ın dedikləri ilə razılaşması planı var. Yəni Əsəddən PKK\PYD məsələsində güzəştə getməlidir. Digər tərəfdən, Türkiyə və Rusiyanı üz-üzə qoymaqdır”.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.