Hurriyyet.org xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən MHP partiyasının başçısı Dövlət Baxçalı İdlibdə 34 türk hərbçisinin həlak olduğu hücumla bağlı açıqlamasında deyib: “Alçaq hücumların arxasında Suriya və İran vardır. Şəhidlərimizin qanı yerdə qalmayacaq. İdlibdən çəkilsək, Hatayı əldən verməyimiz qaçılmazdır. Kim Hataya göz dikərsə, o gözü oyarıq”.
Baxçalı deyib: “Rusiya Astana və Soçi razılaşmasına sadiq qalmalıdır. Rusiya və İranın Suriyadakı varlığı qeyri-qanunidir. Xəbərdarlıq edirəm, Türkiyə zarafat eləmir. Rusiya və Suriya Türkiyənin səbrini bundan artıq sınamamlıdırlar”.