Erdoğan-Putin görüşmesi öncesi Rusya Savunma Bakanlığı'ndan açıklama: Türkiye, İdlib'te uluslararası hukuku ihlal etti.
Milli Savunma Bakanı Akar: Bizim amacımız çözümdür.
Hadi Xudabəndə Lui (İran Araşdırmaları Mərkəzi)
“Anadolu” Agentliyi, 04.03.2020
“Qüds” qüvvələrinin Suriya komandanlığı ilə əlaqəli olduğu təxmin edilən İran Hərbi Məsləhət Mərkəzi fevralın 29-da Livanın “U-News” İnformasiya Agentliyi vasitəsilə Türkiyə əleyhinə bəyanat yayıb. Bu açıqlamada türk ordusunun İdlibdə “müqavimət oxu” mövqelərini hədəf almasına təpki verilib.
Türk komandoslarının İdlibdə hədəfə alınması və 36 əsgərin ölümündən sonra Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Dəməşq rejimi və sahədəki müttəfiqlərinə qarşı başladığı əməliyyatda 9 “Hizbullah”çı və 21 əfqan-pakistanlı şiə hərbçi məhv edilib.
İran Hərbi Məsləhət Mərkəzinin yaydığı bəyanatda deyilir: “Suriyada olduğumuz vaxtdan bəri Türkiyə ordusuna aid bazalar qüvvələrimizin atəş aça biləcəyi məsafədədir. Ancaq Astana razılığını əsas götürərək, türk ordusunun bazalarına hücum edilməyib və bu günə qədər türk mərkəzləri hədəfə alınmayıb”.
“U-News” agentliyi və İnqilab Keşikçiləri ilə əlaqəli “Təsnim” agentliyinin də dərc etdiyi bu xəbərin davamında İran Hərbi Məsləhət Mərkəzi bildirib: “Terrorçuları məhv etmək və Suriyanın ərazi bütövlüyünü qorumaq naminə Suriya xalqı, hökuməti və ordusunun tərəfində durmaqda davam edirik. Hər kəsi Suriyaya hücumun doğuracağ riskləri və nəticələr barədə daha rasional düşünməyə dəvət edirik”.
Bu məlumatla Türkiyəyə təpki verən və TSQ bazalarının “nişangahda olduğunu” vurğulayan İran Türk ordusuyla qarşı-qarşıya gəlməyi nəzərə alıbmı?
Bu suala cavab verməzdən əvvəl Suriyadakı inkişafları, xüsusilə, İdlib cəbhəsi kimi müxtəlif aktyorların iştirak etdiyi hərbi münaqişə bölgəsində proqnozlaşdırmanın çətin olduğu vurğulanmalıdır. Bu vəziyyətdə təhlili obyektiv əsaslar üzərində qurmaq üçün sahədəki ani proseslərə əlavə olaraq, müvafiq iştirakçıların strateji maraqları da nəzərə alınmalıdır.
İdlib cəbhəsindəki aktyorların strateji maraqlarını bu cür sıralamaq olar:
Türkiyə, İran və Rusiyanın strateji maraqları düşünüldükdə, İdlibin Ankara üçün imtina edilməz olduğu deyilə bilər. 3,7 milyon suriyalıya ev sahibliyi edən Türkiyə yeni bir köç dalğasına, böyük bir insani böhranın meydana gəlməsinə və milli maraqlarının pozulmasına icazə verməyəcək. Bundan başqa, Türkiyə sərhədlərini miqrantlara açarsa, vətəndaşların arasına terrorist qrupların da qarışması kimi ciddi bir təhlükəsizlik riski ilə qarşılaşa bilər. Üstəlik, İdlibdə mümkün bir geriyə addım Suriya rejimini, İranı və Rusiyanı təşviq edə və “Sülh çeşməsi” əməliyyatı nəticəsində qazanılan digər təhlükəsiz bölgələrə təhlükə yaradar.
İranın Əsəd rejiminin sağ qalmasını təmin etmək istədiyi aydındır. Ancaq İran terror təşkilatı YPG-nin Suriya ordusuna qoşula biləcəyini nəzərə alaraq, rejimin fəth edə bilmədiyi son bölgəni də almağı hədəfləyir. İran, eyni zamanda, Suriya müxalifətini yerindəcə aradan qaldırmaqla və Suriya rejiminin qazanclarını maksimuma çatdırmaqla, rəsmi Dəməşqə təhdidlərin qarşısını almağı hədəfləyir.
Rusiya və İranın prioritetləri fərqlidir və Moskva üçün Əsəd əvəzedilməz deyil. Rusiya ilə razılaşmalar və ərazidəki hərbi mövcudluğu sayəsində Rusiya Suriya limanlarına nəzarət etmək və uzun müddət strateji hava bazalarını qorumaq məqsədi güdür. Rusiyanın ikinci məqsədi terrorçu olaraq təyin etdiyi Suriya müxalifətini aradan qaldırmaqdır.
Sadalanan bəndləri nəzərə alaraq, digər tərəflərin maraqlarına nəzərən, Türkiyənin mənfəətləri üçün İdlibin daşıdığı mühüm əhəmiyyəti bir daha ortaya çıxır və hətta bu vəziyyət Ankaranın döyüşə girməyi nəzərə aldığını göstərir. Türk əsgərlərinə qarşı xain hücumun ardınca Türkiyənin göstərdiyi qərarlı duruş da bu təsbiti sübut edir.
İranın İdlib strategiyası
İranın nöqteyi-nəzərindən İdlib cəbhəsində baş verən hadisələr özünü iflic etmə vəziyyətidir. Tehran şimal cəbhəsində demək olar ki, Əsədi dəstəkləməkdə əminli deyil.
İranı iflic edən vəziyyətləri aşağıdakı kimi sıralamaq olar:
Məlum olduğu kimi, Rusiya İdlibdə Əsədə dəstəyini davam etdirmək qərarına gəlməyib və Rusiyanın qoruma çətirini itirən İran cənubdakı şiə hərbçilərini şimala göndərilməsi seçimini aktivləşdirə bilməyib. Bu inkişaflar onun Türkiyəyə qarşı sahədəki varlığını güçləndirə bilməməyə səbəb olub.
İndi Rusiyanın geri addım atmasının ən böyük səbəbi Moskvanın Ankaranın qətiyyətini və hərbi gücünü görməsidir. Bu vəziyyət hava hökmranlığını və Rusiyanın verdiyi siyasi dəstəyi itirən İranı öz mövqeyindən çəkindirib.
Putinin “Heç kimlə mübarizə aparmaq niyyətində deyilik” açıqlaması da Moskvanın Ankarayla üzləşmək istəmədiyini göstərir.
İkincisi, İran rejimi həm xaricdə, həm də daxildə dalana dirənib. ABŞ-ın maksimum təzyiq siyasəti İranı təcrid edib. Buna görə də, İran iqtisadiyyatı çökmə mərhələsinə gəlib. Ölkədəki böhranlar, xüsusən də koronavirus epidemiyası qarşısında hökumətin zəifliyi dövlətin qanuniliyinə də xələl gətirib.
Beynəlxalq təcridi yüngülləşdirmək istəyən və xüsusilə də iqtisadiyyat sahəsində Türkiyənin dəstəyinə ehtiyac duyan İran Türkiyəni itirmək istəməyəcək. Bundan başqa, Qərbin bir çox məsələdə Türkiyəyə qarşı tətbiq etdiyi ikili standarta görə Ankaranın bu blokdan uzaqlaşdığını görən Tehran Ankarayla əməkdaşlıq potensialını qiymətləndirmək istəyəcək.
İranın İdlib cəbhəsindəki inkişafları necə şərh etdiyini öyrənmək üçün İnqilab Keşikçilərinə yaxınlığıyla bilinən bölgə mütəxəssislərinin analizlərinə baxdıqda, bu xüsuslar önə çıxır: İran, strateji planları və təxminlərində Türkiyənin bu dərəcə təsirli və qərarlı hərəkət edə biləcəyini düzgün hesablamayıb; İran Rusiyanın münaqişəyə qarışacağını proqnozlaşdırıb və Rusiya ordusunun TSQ-nı dayandıra biləcəyini düşünüb; Rusiya bilərəkdən türk karvanına hücum edib; İdlibdən sonra İranla qazancları paylaşma mərhələsində onunla münaqişə edəcəyini nəzərə alan Rusiya, Türkiyə və İranı qarşı-qarşıya gətirib və İranın mövqeyini şimalda zəiflətmə məqsədi güdür; Əsədin sağ qalması Rusiya üçün əsas prioritet deyil; bundan əlavə, Moskva İranın Əsədin ətrafına sızdığından xəbərdardır; bu baxımdan, Moskva Əsədin zəiflədilməsi ilə dolayı yolla Dəməşqdə Əsədin uzantılarını zəiflətmək məqsədi güdür.
Erdoğan-Putin görüşmesi öncesi Rusya Savunma Bakanlığı'ndan açıklama: Türkiye, İdlib'te uluslararası hukuku ihlal etti.
Milli Savunma Bakanı Akar: Bizim amacımız çözümdür.
Proyeksiya
Türkiyənin qərarlılığı və Türkiyə lehinə dəyişən hərbi tarazlıq göz önünə gətirildikdə, şimali Suriya və xüsusilə də, İdlib cəbhəsində Türkiyə ilə qarşı-qarşıya gəlmə İran və vəkil gücləri üçün mühüm itkilərə yol açacaq.
İranın nöqteyi-nəzərindən Tehranın Ankara ilə ortaq maraqları çoxdur. Gələcəkdə azad edilən və ya müharibənin böyük yükündən azad edilən Suriyada Rusiya yeganə söz sahibi olmaq istəyir və bu, heç bir tərəfin istəmədiyi bir nəticədir. Sanksiyalar və koronavirus epidemiyası nəticəsində yıpranmış İran Rusiyanın Suriyada ayaqqabı bağı olacağını düşünür. Bundan başqa, İsrailin Suriyadakı şiə milislərə qarşı hücumlarını da göz önünə gətirdikdə, İranın Türkiyə ilə əlaqələrindəki mövcud səviyyəni qorumaq məcburiyyətində olduğu təkrar-təkrar ortaya çıxmaqdadır.
“Hizbullah” qüvvələrinin Türkiyəyə cavab verməməsi və Türkiyənin Suriya əməliyyatlarına təpkinin Tehrandan deyil, İranın Suriyadakı hərbi məsləhət mərkəzindən verilməsi isə İranın qarşıdurmanı gücləndirmək istəmədiyi şəklində şərh oluna bilər.
İran Xarici İşlər Nazirliyinin İdlib məsələsinə görə Əsədlə birlikdə Türkiyəni üçlü görüşməyə dəvət etməsi və Rusiyanı bu prosesin xaricində tutması, İdliblə əlaqədar Moskva və Tehran arasında boşluq olduğunu göstərir. Bu baxımdan Ankara ilə Şamı bir araya gətirərək İran, Türkiyənin Suriya rejimini hədəf almamasını, başqa təbirlə, rejimin mövcudluğunu sığortalamaq istəyir. İran ancaq bu şərtin Türkiyə tərəfindən qəbul edilməsi halında İdlibdən çəkiləcəyini göstərmək istəyir.
Nəhayət, bu məqamlar İranın strateji prioritetlərini rasional aktyor kimi nəzərdən keçirəcəyi ehtimalından irəli gəlir. “Bahar qalxanı” əməliyyatı başladıqdan sonra İranın sahədəki milislərinin Türkiyə ordusuna qarşı hücuma keçəcəyi təqdirdə, həmin hərbçilərin Suriyanın şimalında ağır itkilər verəcəyini təxmin etmək çətin deyil.
Tərcümə: Strateq.az