Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov martın 4-də Rövşən Məmmədovun Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un xəbərinə görə, sərəncamla Rövşən Həmid oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri vəzifəsindən azad edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vüsal Sevdimaliyevin Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report" xəbər verir ki, fərmanla Vüsal Şəmsəddin oğlu Sevdimaliyev Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin edilib.
Qeyd edək ki, Vüsal Sevdimaliyev bundan əvvəl "Naxçıvanpoçt" publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb.