Ağdaş rayonunda hər il Turançayın yatağının təmizlənməsi adı altında yüz min manatlarla vəsait silinir
Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanov ötən il Turançayın yatağının təmizlənməsi üçün 500 min manat sərf edib. Amma görülən işlər ümumilikdə 100 min manatı belə əhatə etmir.
Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Rəsul Zamanovla bağlı PİA.AZ ilginc informasiyalar daxil olub. Daxil olan məlumatda bildirilir ki, Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Ağdaş rayon İcra Hakimiyyətinin başçısıTofiq İbrahimovla əlbir şəraitdə hər il Turançayın yatağının təmizlənməsi adı altında dövlətin külli miqdarda vəsaitini müxtəlif işlərə sənədləşdirərək mənimsəyirlər. Belə ki, hər il Ağdaş Suvarma Sistemləri İdarəsinin müdiri Turançayda apardığı təmzilik işlərinə 500 min manata dövlət vəsaiti yaxın vəsait «xərcləyir».
Məlumatlı mənbə bildirir ki, idarə müdiri hər il çayın bir neçə əsas yerini təmizlətdirir və yerdə qalan böyük əraziləridə görülən işlərin gözünə qataraq dövlətin külli miqdarda vəsaitini silir. Məlumatda bunun isğatı üçün göstərilir ki, ötən il Rəsul Zamanov sənədlərdə qeyd edib ki, Turançay yatağında 441 min kubmetr təmizləmə və 1000 kubmetr daş-beton işləri aparıb. Amma idarə müdirinin sənədlərdə göstərdiyi işlər yoxlanılsa, o zaman bəlli olacaq ki, sənədləşdirilən işlərin heç 15 faizi də görülməyib.
Faktiki olaraq artıq bir neçə ildir ki, Turançayın yatağının təmizlənməsi icra başçısı Tofiq İbrahimovla idarə müdiri Rəsul Zamanovun şərikli «biznes obyektinə» çevrilib. Belə ki, icra başçısı ilə idarə müdiri çayın yatağının təmizlənməsi adı altında son üç ildə 1 milyonlan artıq dövlət vəsaiti mənimsəyiblər. Bu barədə məlumatda bildirilir ki, son üç ildə Turançayın yatağında üst-üstə 150-200 min manatlıq iş görülüb.
Məlumatda o da qeyd olunur ki, dövlətdən mənimsədiyi külli miqdarda vəsaitlər hesabına Rəsul Zamanov Ağdaşın ən varlı məmuru hesab olunur. Həmçinin rayonda fəaliyyət göstərən bir neçə idarə müdirinin «aylıq hesabını» da Rəsul Zamanovun toplayraq icra başçısna çatdırdığı qeyd olunur.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
pia.az