Azərbaycanda tanınmış məhkəmə sədri öz nəvəsini oğurlatmaq istəyir - ŞOK QALMAQAL foto-video
5-03-2020, 15:41
Samirə Bəşirova: "Mənə dərmanlar vurararaq ruhi-əsəb xəstəxanasına qoyacaqları, uşağı əlimdən alacaqları ilə hədələyirlər"
Azərbaycanda hazırda təqaüddə olan, ədalətli olmayan qərarları ilə tanınan hakimin ailəsində böyük qalmaqal yaşanır. Sumqayıt İqtisad Məhkəməsinin bir neçə ay əvvələ kimi sədri olmuş Çingiz Bəşirov öz oğlunun ailəsinin boşanmasına israrlı olması deyilir. Hətta gəlinindən nəvəsini zorla alıb oğurlamaq istəməsi iddia olunur. Bu haqda Criminal.az Ç.Bəşirovun gəlini, Rusiya vətəndaşı Samirə Bəşirova məlumat verib. Onun sözlərinə görə, buailə münaqişəsinin kökündə Çingiz Bəşirovun onların ailə işinə müdaxiləsi dayanır:
"Hədə-qorxu gəldilər ki, səni narkoman edərik"
"Boşanma üçün məhkəməyə müracitə etmişik. Hazırda Bakı Şəhər İcra Hakimiyyətində işləyən yoldaşım Tamerlan Bəşirov və atası Çingiz Bəşirov mənə psixoloji və fiziki təzyiq edirlər. Uşağı atası və babası ilə görüşdürən zaman onlar uşağı məndən alıb qaytarmadılar. Boşanmaq istədiyimi deyəndə mənə təzyiq etdilər. Dedilər ki, sən Azərbaycan vətəndaşı deyilsən, səni ölkədən deportasiya etdirərik. Hədə-qorxu gəldilər ki, səni narkoman edərik. Mənə xüsusi dərmanlar vurararaq ruhi-əsəb xəstəxanasına qoyacaqları, uşağı əlimdən alacaqları ilə hədələyirlər. Mənə deyirlər sən burda heç kimsən".
"Qaynatam polisə hədə-qorxu gəldi ki, səni işdən çıxartdıraram"
S.Bəşirova deyir ki, həyat yoldaşı ilə normal şəkildə boşanmasını, işlərin münaqişəsiz həll olunmasını istəyir, lakin qaynatası işi daha da qəlizləşdirir:
"Uşağımı götürüb atam evinə gələndən sonra qərara gəldim ki, hər şey normal həll olsun. Uşağımın atası və babası ilə normal görüşməsini istəyirdim. Uşağı onlarla görüşə aparırdım. Bir dəfə isə uşağı onlara verəndən sonra mənə qaytarmadılar. Uşağı məndən qaçırtdılar. 22 saylı polis bölməsinə ərizə yazdım. Polislə yoldaşıma zəng etdi. Bundan sonra qaynatam polisə hədə-qorxu gəldi ki, səni işdən çıxartdıraram. Məhz həmin hədədən sonra polis də mənə kömək etmədi. Bir ay uşağımın üzünü görə bilmədim. Heç olmasa, onların yanında olsa da, uşağımı görmək, səsini eşitmək istəyirdim.
"Bu dəqiqə yaşadığım binanın giriş-çıxışına polislər nəzarət edir ki..."
Bir gün mənə dedilər ki, uşağımı Kuala parkda gəzidirirlər. Uşağa yaxınlaşdım, qucağıma qaçdı. Bu zaman mənə hucum edib uşağı məndən almaq istədilər. Biz 20-ci polis bölməsinə getdik. Gördülər ki, məhkəmə qərarı yoxdur, sonra qayıtdım evə. Səhəri gün bir neçə mülki geyimli polis əməkdaşları gəlib evimin qapısını sındıraraq uşağı məndən almaq istədilər. Bildirdilər ki, yuxarıdan zəng gəlib. Bir polis əməkdaşı xalama dedi ki, qələt edib uşağı sizə vermişik, bizdən də tələb edirlər ki, necə uşağı anasına vermisinizsə elə də geri alın. Evimə gələn polis əməkdaşlarının görüntüsü də var. Belə başa düşürəm ki, Çingiz Bəşirov polisə təzyiq göstərir. Bu dəqiqə də yaşadığım binanın giriş-çıxışına polislər nəzarət edir. Mənim uşaqla çıxmağımı gözləyirlər ki, əlimdən alsınlar".
S.Bəşirova ölkə rəhbərindən, daxili işlər naziri Vilayət Eyvazovdan, Baş prokuror Zakir Qaralovdan kömək istəyir, təhlükəsizliyinin təmin edilməsini, ona qarşı təzyiq edilməsinin qarşısının alınmasını xahiş edir.
Sabiq məhkəmə sədri: "Məndən nə istəyirsiz?"
Çingiz Bəşirov Criminal.az-a gəlinin ittihamlarını qəbul etmədi. Keçmiş məhkəmə sədri bildirdi ki, uşağı anasından heç kim zorla almır və bununla bağlı məhkəmə qərarı var.
"Artıq məhkəmə qərarı qüvvəyə minib. İddiaçı uşağın atadan alınıb anaya verilməsini istəyirdi. Lakin məhkəmə iddianı rədd etdi. Digər tərəfdən mən bu işdə tərəf deyiləm. Oğlum Tamerlanın 35 yaşı var. Mübahisə də ata ilə ana arasında gedir. Məndən nə istəyirsiz? Mən təqaüdçüyəm. Əgər vəzifədə olsaydım Samirə Bəş.irovanın ittihamı başa düşülərdi. Amma mən təqaüddə olan adamam. Təqaüdümdən istifadə edirəm?".
"Qızın atası oliqarxdı"
Ç.Bəşirov gəlinini və onun anasını cinayət törətməkdə də ittiham etdi: "Qızın atası oliqarxdı. Qız və anası cinayət törədib. Bunları sübut edən sənədlər də var. Vəzifəli deyiləm ki, jurnalistin suallarına cavab verəm. Amma onlar məhkəmə qərarı ola-ola sizə yalan danışır. Mən sizə havadan danışmıram. Hüquqşünasam, fakt olmayanı demirəm. Heç kimə də böhtan atmıram. Nə deyirəmsə onun arxasında rəsmi sənədlər dayanır. Nə istəyirsiniz yazın. Düz yazacsan təşəkkkür edəcəm, səhv yazacaqsan tədbir görəcəm. Samirə Bəşirova mənimlə bağlı ittihamlar uydurur. Amma o məni ittiham edə bilməz. İttihamı prokurorluq edir".