Xəbər verdiyimiz kimi, Rusiya və Türkiyə prezidentləri artıq 5 saatdır ki, Moskvada danışıqlar aparır.Axar.az xəbər verir ki, dünya mediasının diqqəti bu görüşə yönəlib.
“Əl Cəzirə” “Ərdoğan-Putin görüşü ilə İdlibdə atəşkəs ümidi” başlıqlı məlumatlar dərc edərkən, “Qardian” isə görüşü “Ərdoğan və Putin İdlibdə atəşkəsi gücləndirir” kimi təqdim edib.
BBC də həmçinin informasiyanı “Putinlə Ərdoğan Moskvada bir araya gəldi: Dünyanın gözü burda” adı ilə oxucularına çatdırıb.