Koronavirusdan ölənlərin meyiti yandırılacaq? — Operativ qərargah üzvündən AÇIQLAMA

6-03-2020, 16:07   

 

Dünyanı cənginə alan koronavirus təhlükəsi yeni canlar almaqda davam edir. Rəsmi məlumatlara görə, indiyədək 98 134 nəfər koronavirusa yoluxub, 3388 nəfər isə vəfat edib. Belə bir məqamda Çində virusdan ölənlərin yandırıldığı iddia olunur. Bunu isə virusun yayılmağa başladığı Vuhan və digər şəhərlər üzərində yüksək miqdarda kükürd dioksid maddəsinin yayılması ilə əlaqələndirirlər.
 
Alimlər bu qədər yüksək miqdarda kükürd dioksidin yalnız cəsədlər yandırıldığı zaman ortaya çıxa biləcəyini iddia edir. Lakin bu məlumat hələ ki, rəsmi olaraq öz təsdiqini tapmayıb. Çünki Pekin və Şanxay kimi karantin altında olmayan şəhərlərin üzərində də yüksək miqdarda kükürd dioksid odluğu müəyyənləşib.
 
Nazirlər Kabineti (NK) yanında operativ qərargahın məlumatına görə, hazırda Azərbaycanda 6 nəfər koronavirusa yoluxmuş xəstə var. Əgər Azərbaycanda koronavirusdan ölüm qeydə alınarsa, bu zaman hansı zəruri addım atılacaq? Ümumiyyətlə bu, müzakirə olunubmu?
 
Məsələ ilə bağlı NK yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev Modern.az-a bildirib ki, koronavirusdan ölüm zamanı meyitin yandırılmasından söhbət gedə bilməz:
 
“Koronavirusdan ölüm yalnız yanaşı gedən xroniki xəstəlikləri olan insanlarda müşahidə edilir. Ağır xəstəliyi olan insanın koronavirusa yoluxmadan da həyatını itirdiyi hallar olur. Bunlar onkoloji xəstələr, ürək-damar xəstəlikləri daşıyanlar, böyrək çatışmazlıqları olanlar, hemofiliyalılar və sairdir. Amma xəstənin öldükdən sonra yandırılması praktikası yoxdur”.
 
Baş infeksionist deyib ki, virus canlı toxumalarda inşikaf edir:
 
“Ölmüş insandan virusun digərinə yoluxması mümkün deyil. O, toyuq embironunda, canlı toxumada, insanda inkişaf edir. Koronaviruslu şəxsin meyitindən canlı şəxsə yoluxma mümkün deyil”.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.