“Bloomberg” Cahangir Hacıyevin fırıldaqları barədə yeni detallardan yazıb – sensasion məlumatlar

6-03-2020, 17:20   


 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri (2001-2015) Cahangir Hacıyev 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Onun Londonda yaşayan xanımı Zamirə Hacıyeva haqqında Qərb, xüsusən Britaniya mətbuatında çox yazılıb. “Bloomberg” Xəbər Agentliyi bu məsələni yenidən gündəmə gətirib.

Agentliyin hazırladığı son dərəcə iri həcmli məqalədə qeyd olunur ki, Cahangir Hacıyev Kanar Adalarına aid olan Gernesi adasında qeydiyyatdan keçmiş (bu ada vergi baxımından cənnət hesab olunur. E.H.) təşkilatı üzərindən Kipr adasından tutmuş Böyük Britaniyaya məxsus Channel adalarına qədər, hər yerdə fəaliyyət göstərən və kimlərinsə adına yazılmış şirkətlərə Azərbaycandan on milyon dollarlarla vəsait ötürüb. Böyük Britaniya məhkəməsinin irəli sürdüyü ittihamlar arasında bu məqam da var.

Zamirə Hacıyeva ile ilgili görsel sonucu

2008-ci ildə illik gəliri 70.650 dollar olan Cahangir Hacıyev istintaqın məlumatına görə, İngiltərənin kənd təsərrüfatı üçün yararlı yerlərində 4 geniş torpaq sahəsinə sahib olub. Ona məxsus “Gulfstream” təyyarəsinin dəyəri isə 42.5 milyon dollardır. “Qolf-klub” da ona məxsusdur. Londondan kənarda yerləşir, dəyəri 13 milyon dollardır. Sardina adasında isə onun villası var. Cahangir Hacıyevin xanımı Zamirə isə “Harrods” kimi bahalı mağazalarda 20 milyon dollar xərcləyib...



Britaniya istintaq qrupu əmindir ki, Cahangir Hacıyevin varidatı bir vaxt 100 milyon dollardan çox olub. 2018-ci ildə Zamirə Hacıyevanın nəzarətində olan hesablar Britaniya istintaq orqanlarının qərarı ilə dondurulub. Onlar Zamirə Hacıyevadan sərvətinin mənbələrini açıqlamağı tələb edirlər.

Agentlik bildirir ki, hər il Britaniyada 128 milyard dollar çirkli pul yuyulur. Hökumət bu kimi cinayətlərin üstünü açmaqda qərarlıdır. Hacıyevaların işi də həmin anti-korrupsiya qərarından qaynaqlanır. Britaniya istintaq orqanları əmindir ki, Cahangir Hacıyev öz rəsmi gəlirləri hesabına əlində olan obyektlərin ən ucuzunu belə ala bilməzdi...

çirkli pul ile ilgili görsel sonucu

Agentlik qeyd edir ki, Cahangir Hacıyevə məxsus şirkətlərin idarə olunmasında “Werner Capital” önəmli rol oynayıb. Bu şirkətin rəhbəri Tomas Mateos Wernerdir. O bir vaxtlar şəxsi bank olan “HSBC Holdings Plc” də çalışıb. Bu şirkət rusdilli aləmin varlıları ilə işləməyə üstünlük verirmiş.

Şəxsi olan və Sürixdə yerləşən “EFG International AG” bank və Cənubi Afrikaya məxsus “Investec Ltd” şirkətinin adı da Cahangir Hacıyevilə bağlı araşdırmalar zamanı üzə çıxıb. Onun həyata keçirdiyi maliyyə əməliyyatlarında bu şirkətlərin də adları keçir.



Cahangir Hacıyev ilk dəfə öz məsləhətçisinə 5 milyon dollar verib. Bu pul müqabilində “Costa Smerralda”da (İtaliya) ona villa alınıb. Ortada olan alış-verişdə Cahangir Hacıyevin qızı Leyla Mahmudovanın da adı hallanır. “Bloomberg” yazır ki, orada adətən milyarderlər toplaşırdılar. Xüsusən rus milyarderlər orada daha çox idi. İş o yerə çatmışdı ki, orada ruslar üçün ortodoks kilsəsi tikdilər ki, onlar mənəvi tələblərini ödəmək üçün oraya üz tutsunlar...

Agentlik bildirir ki, keçmiş hökumət üzvü -59 yaşlı Xəqani Bəşirovun da adı bu işdə hallanır. Onun Fransa pasportu var. Lüksenburqda qalır, Londonda ofisi var. O, 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankı ilə əlaqəli bir işdə 109 milyon dollar ödəyə bilmədiyinə görə həbs olunsa da, 5 ay sonra azadlığa çıxdı.
Cənab Bəşirov da Azərbaycandan 10 milyonlarla dollar vəsaitin çıxarılmasında iştirak edib.

ZamirÉ Hacıyeva ile ilgili görsel sonucu

Xəbərdə vurğulanır ki, Zamirə Hacıyeva haqqında Britaniyada cinayət işi açılmayıb, ancaq Azərbaycan tərəfi onu maliyyə fırıldaqlarında ittiham edir və Britaniyadan geri istəyir. Britaniya tərəfi isə sentyabr ayında Bakının bu tələbinə “yox” cavabı verib.

“Bloomberg” bu işlə bağlı ən xırda detallara qədər yazıb. Biz isə oxucu üçün maraqlı ola biləcək məqamlara diqqət çəkməklə kifayətləndik.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://finance.yahoo.com/news/crooked-banker-tapped-professionals-manage-050128179.html

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.