Putinə gözlənilməz təklif: “Mənimlə evlənin”

6-03-2020, 20:45   


Putinə gözlənilməz təklif: “Mənimlə evlənin”

Rusiya Prezidenti Vladimir Putin evlilik təklifi alıb.

Cebhe.info xəbər verir ki, hadisə Prezidentin İvanovo şəhəridə poliklinikaya gedişi zamanı baş verib.

Rusiyalı qadın "Mənimlə evlən", - deyə Prezidentə bildirib. O, səsinin eşidilməsi üçün ucadan qışqırmalı olub.

“RİA Novosti" xəbər verir ki, rusiya lideri gənc qızın sözlərindən təsirlənib. Onlar bir neçə kəlmə söhbət edib, bundan sonra gənc qız ona təşəkkür edərək aralanıb.

Daha sonra Putin ictimaiyyət nümayəndələri ilə görüşündə gənc qadından evlilik təklifi aldığını təsdiqləyib: “İvanovonu həmişə “Gəlinlər şəhəri” adlandırıblar. Bu gün mən də belə bir təklif aldım. Mənə elə gəlir ki, kameralar işlək idi".

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.