“AAAF” MMC-dən vətəndaşa qarşı müdhiş fırıldaq - VİDEO
7-03-2020, 22:51
“Düz 4 ildir ki, şirkət məni aldadır. Nə pulumu, nə evimi verir, kirayələrdə qalmışam”. Reportyor.info xəbər verir ki, bu sözləri söyləyən Pərvanə Dadaşova “AAAF” MMC tikinti firması tərəfindən aldadıldığını iddia edir.
Onun sözlərinə görə, 2016-cı ildə “AAAF” MMC ilə müqavilə bağlayıb, kreditlə mənzil götürüb. P.Dadaşova sevinib ki, kirayələrdən canı qurtaracaq, mənzil sahibi olacaq.
Amma sevinci çox çəkməyib, bir müddət sonra şirkətin onu aldatdığı aydınlaşıb. Şikayətçi qeyd edir ki, “AAAF” MMC heç bir öhdəliyi yerinə yetirməyib və tikinti getmir və 4 ildir ona kreditlə götürdüyü mənzil təhvil verilmir.
“Hər dəfə şirkətə yaxınlaşanda müxtəlif bəhanələr gətirilir. Gah deyirlər ki, rəhbərlik dəyişib, gah il yarıma təhvil veriləcəyi deyilir.
Amma ortada heç nə yoxdur. Faktiki olaraq, bizi aldadırlar. Mən şirkətlə müqavilə bağlayanda Nicatlı adlı işçisi yanımızda olub.
Başqa bir adam isə Elşən adlı şəxs idi. İndi onların heç birini tapa bilmirik”, – deyə P.Dadaşova “AAAF” MMC-nin qanunsuzluğa yol verdiyi söyləyir.
Şikayətçinin sözlərinə görə, bina 7 mərtəbəli olmalı imiş: “İndi 17 mərtəbə olacağı deyilir. Amma cəmi 6 mərtəbəsi tikilib. Mən də tələb edirəm ki, ya ev, ya pulum verilsin. Artıq onlara inamım qalmayıb. Pulumu ala bilmirəm ki, başqa yerdən mənzil götürüm. Bu günə kimi kirayələrdə qalmışam”.
P.Dadaşova məhkəməyə də üz tutub: “Mənə oradan səhv etmirəmdə Emin adlı şəxs zəng elədi ki, gəlin, evi verəcəyik.Mən də getdim, saatlarlaonba yığdım,amma telefonu açmadı və bir daha əlaqə qura bilmədim.
İndi də deyirlər ki, gözləyin, bu ev satılanda pulunu sizə verərik. Mən prezidentdən, Mehriban xanımdan kömək istəyirəm ki, bu məsələ ilə bağlı yardım etsinlər”. REPORTYOR.İNFO