Azərbaycanda koronavirusdan ilk ölüm

12-03-2020, 21:01   


   Bu yaxınlarda  İrandan qayıdan Azərbaycan vətəndaşı (1969-cu ildə anadan olub) bu gün koronavirusdan ölüb. Bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatında deyilir.
Geri qayıtdıqdan sonra böyrək çatışmazlığı və ağır immun çatışmazlığı səbəbindən vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun  koronavirusa da yoluxduğu müəyyən edilib. O, xüsusi rejimli xəstəxanaya yerləşdirilib, ancaq onu xilas etmək mümkün olmayıb. Qadının ailə üzvləri və onunla ünsiyyətdə olan digər şəxslər karantinə alınıb. Ölən şəxsin adı açıqlanmır.-02D-
Баку/12.03.20/Turan:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.