Yaxın 10 gün ərzində bütün İran əhalisi tibbi yoxlamadan keçiriləcək.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri deyib. O, yoxlamalar zamanı koronavirus şübhəsi olan bütün şəxslərin nəzarət altına alınacağını bildirib.
Bunun üçün 1000 tibbi mərkəzin yaradılacağı, 24 saat ərzində bütün bazar, ticarət mərkəzləri və küçələrin boşaldılacağı qeyd olunub.