Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 137 674-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb, 5 080 nəfəri isə ölüb. Xəstəliyə yoluxanlar arasında sıravi vətəndaşlar da var, tanınmış simalar, siyasət xadimləri də…
Turkustan.info modern.az-a istinadla koronavirusa yoluxan siyasət adamlarını, tanınmış simaları təqdim edir:
İspaniya kralı Filip və xanımı Letizia koronovirusa görə test yoxlamasından keçiblər və hər ikisi cavabı gözləyir
Avstraliya Daxili İşlər naziri Peter Dutton da koronovirusa yoluxub
Kanadanın Baş naziri Castin Trudo və həyat yoldaşı Sofia Qreqori də virus daşıyıcısıdır
İspaniyanın bərabərlik naziri İrene Montero da ötən gün koronavirusdan dolayı xəstəxanaya yerləşdirilib
Artıq 10 günə yaxındır ki, İranın birinci vitse-prezidenti İsaq Cahangiri də koronavirusdan əziyyət çəkir. Qeyd edək ki, daha bir siyasi xadim, İranın Tehran şəhərindən seçilən 55 yaşlı qadın deputat Fatimə Rəhbər ötən gün müalicə aldığı Tehranın Məsih Daneşvari xəstəxanasında dünyasını dəyişib.
Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini İuri Nozadze 2 gün öncə koronovirusdan dolayı karantin altına alınıb
İtaliyanın Varese vilayətinin həkimlər ittifaqının sədri, 67 yaşlı Lombardiyadan olan terapevt Roberto Stella iki gün əvvəl koronavirusdan dünyasını dəyişib.
İngiltərə Səhiyyə Nazirinin müavini Nadine Dorries də virusa yoluxanlar arasındadır
Polşa Silahlı Qüvvələrinin komandanı general Yaroslav Mika da virus daşıyıcısıdır
İtaliyada kütləvi halda yayılan virusa İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Salvatore Farina da yoluxub
Fransanın Mədəniyyət naziri Frank Rister də koronavirusdur. Eyni zamanda bu ölkədə Milli Məclisin 5 deputatı da koronavirus pandemiyasından əziyyət çəkir.
İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani da virus şübhəsilə bir neçə gündür ki, xəstəxanadadır
İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikar da koronavirusa yoluxanlar arasındadır
Braziliya Prezidenti Jair Bolsonarudan koronavirusla bağlı götürülmüş test də müsbət cavablanıb. Yəni ölkə prezidenti xəstəlik daşıyıcısıdır.
Ermənistanın Baş Naziri Nikol Paşinyan və xanımı da koronavirusa yoluxma şübhəsi ilə əlaqədar karantindədir. Karantinin səbəbi onun xanımının ötən həftə Braziliya Prezidentinin xanımı ilə görüşməsidir. Paşinyan canlı yayımda bu gün yoxlanışdan keçəcəyini bildirib.