Lənkəranskinin «xaç oğlu» Zaur Naxçıvanski haqda şok iddia - «oğru» adını…

14-03-2020, 18:07   


Rusiya mediasında ən  gənc azərbaycanlı «qanuni oğru» Zaur  Naxçıvanski kimi tanınan Zaur Şipilov haqda ilginc iddia yayılıb. Bildirilir ki, «qanuni oğru»Rusiyada elektron  mediaya nəzarət edən quruma «Rosqosnadzora» ilginc müraciət ünvanlayıb. O, müraciətində bildirib ki, şəkillərinin kriminal aləmin nümayəndələri ilə birgə yayılmasına etiraz edir. Bu səbəbdən iki tirajlı saytın bağlanmasını, ya da cəzalandırılmasını istəyir. «Qanuni oğru»nun etiraz etdiyi şəkillər sırasında onun ən yaxın adamlarından hesab olunan Rövşən Canıyev də (Lənkəranski) var.

Musavat. com bildirir ki, Zaur Bayram oğlu Şipilov 1985-ci ilin oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. O, kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Bayram Talıbov Rusiyadakı  azərbaycanlılar arasında çox böyük nüfuza malik olub. 2006-ci ilin aprelində o, Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.

Sabirabadlı Hikmətin obyektlərinə nəzarət Rövşən Lənkəranskiyə   keçdiyi üçün o, Zauru öz  himayəsinə götürüb. Lənkəranski  Zaurun kriminal aləmdə yer tutmasında hər zaman ciddi dəstək verib.

 Rusiya mətbuatı bu səbəbdən  Zauru   Rövşən Lənkəranskinin “xaç oğlu” adlandırıb. 2013-cü ildə Türkiyədə keçirilən sxodka da ona  “qanuni oğru” titulu verilib. 27 yaşında qanuni oğru olan  Zaur Şipilov Zaur Naxçıvanski kimi tanınmağa başlayıb.

Zaur Naxçıvanski 2015-ci ilin oktyabrın ayında Moskvanın Alayski bazarında olan “Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə) ittihamı verilib.   Moskva şəhər Çertanov rayon Məhkəməsinin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətə azadlıqdan məhrum edilib.

Şipilovun cəzası 2018-ci ilin oktyabrın 6-da başa çatıb və hazırda azadlıqdadır.

Azərbaycanlı «qanuni oğru» Nadir Səlifova(Lotu Quli) qarşı olan kriminal lar sırasında Zaur da var.

Onun niyə bu motivlə müvafiq quruma müraciət etməsinin səbəbi haqda mülahizə irəli sürmək olar. Belə ki, Zaur Şipilov Rusiyada  «qanuni oğru»lara qarşı qəbul olunmuş sərt qanun  təsiri altına düşmək istəmir…

Orxan,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.