BNA məktəblilər və tələbələr üçün “School Bus” xidmətini həyata keçirəcək

14-03-2020, 18:12   



Bakı Nəqliyyat Agentliyi (BNA) məktəblər tıxacın qarşısını almaq üçün layihə icra edəcək.

“Report” xəbər verir ki, bu barədə BNA-nın rəsmi nümayəndəsi Coşqun Məmmədov “AVTO FM” radiosunun efirində bildirib.

Onun sözlərinə görə, şagirdlərin valideynləri tərəfindən şəxsi nəqliyyat vasitələri ilə məktəblərə gətirilməsi və parklanma qaydalarına riayət edilməməsi kimi səbəblər məktəblərin qarşısında tıxacların yaranmasına səbəb olur: “Biz beynəlxalq təcrübəyə müraciət etsək görərik ki, nəqliyyat sahəsində inkişaf etmiş ölkələrdə “School Bus” deyilən anlayış var. Bu, şəhərin müəyyən nöqtələrindən tələbələrin və şagirdlərin yığılaraq təhsil ocaqlarına çatdırılmasına xidmət edir. BNA “School Bus” layihəsinin Azərbaycanda tətbiqi ilə bağlı layihə üzərində işləyir və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Artıq bu istiqamətdə marşrutlar və marşrut xətlərinin hansı ərazilərdən keçməsi müəyyənləşdirmək üzrədir”.

C.Məmmədov qeyd edib ki, layihənin böyük hissəsi görülüb. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.