Əsgərlərin valideynləri ilə görüşü qadağan edildi - Zakir Həsənov tapşırıq verdi

14-03-2020, 18:26   



Əsgərlərin valideynləri ilə görüşü qadağan edildi -  Zakir Həsənov tapşırıq verdi

Azərbaycan Ordusunda əsgərlərin valideynləri ilə görüşü qadağan edilib.

Hurriyyet.org xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bununla bağlı tapşırıq verib.

Bu gün keçirilən xidməti müşavirədə mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.

Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.