Qarşılıqlı səfərlərin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəlinib Martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Məlumatı president.azyayıb. Bildirilib ki, dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə hər iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar: “Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər”. Fevralın 29-da Azərbaycanın İran İslam Respublikası ilə sərhədləri müvəqqəti bağlanıb. Eyni zamanda, Azərbaycanın Gürcüstanla və Qazaxıstanla sərhədləri martin 13-dən 10 günlük qapadılıb.