Bioloji savaş həlledici mərhələyə keçib: Hədəfə çatıldıqda antivirus dərhal satışa çıxarılacaq

15-03-2020, 11:10   


“Kimlərsə” bütün dünyaya meydan oxumaq niyyətinə düşüb... Hər kəsə yaşıl planetin əsl sahibinin kim olduğunu göstərməyə çalışırlar... Onların iradəsinə qarşı çıxılmasının hansı nəticələr verə biləcəyi barədə qəddar mesajlar verirlər...

Koronavirusa hazırda yüzminlərlə insan yoluxsa da, minlərlə insan həlak olsa da, yüzmilyonlarla insanın həyatı təhlükə altında qalsa da, antivirus artıq çoxdan mövcuddur və hələlik onu gizli saxlayırlar...

Dünya silkələnir. Sanki bütün planet qlobal savaş içərisindədir. Proseslər hər ötən gün daha da qorxunc görüntülər alır. Və bu vəziyyətin nə vaxt dəyişəcəyi, müsbət meyllərə doğru yönələcəyi isə müəmmalı olaraq, qalmaqdadır.

Əslində, sanki deyil, elə sözün birbaşa mənasında qlobal savaş əlamətləri mövcuddur. Belə ki, dünyada bir xaos hökm sürməkdədir. Elə təsəvvür yaranır ki, sanki kimlərsə, bilərəkdən yaşıl planeti qaranlığa qərq etməyə, bəşəriyyətin üzərində xaosun diktaturasını qurmağa çalışırlar.

Məsələ ondadır ki, sürətlə irəliləyən və böyüyən xaos kabusunun çoxsaylı əlamətləri mövcuddur. Dünya üzrə hər gün minlərlə insan mənşəyi hələlik naməlum olan öldürücü virusa yoluxurlar. Hər gün yüzlərlə insan həyatını itirir.

Dövlətlər vaxtilə açıq olan sərhəd qapılarını bir-birinin üzünə bərk-bərk bağlayırlar. Heç bir ölkə sərhədlərindən kənarda olan kimsənin içəri keçməsini istəmir. Bunu qıcıqla qarşılayır, qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər.

Картинки по запросу "neftin qiymeti 2020"

Odur ki, dünyanın ən gözəl şəhərləri, hər il milyonlarla insanı özünə cəzb edən tarixi ecazkar məkanları boşalıb. Heç kəs özünü turist elan edib, həyatını riskə atmaq istəmir.

Sərhədlər qapandığından dövlətlərarası ticarət sahəsi də sarsıntılı mərhələ ilə üzləşib. Ticarət dövlətlər üçün həyati əhəmiyyət daşısa da, indiki situsiyada satmaq da, almaq da eyni səviyyədə tərəddüdlər doğurur.

Nəticə isə göz qabağındadır. Vaxtilə uğrunda müharibələr törədilən, qiyməti “od tutub, yanan” enerji resurslarına ehtiyac azalır, sürətlə dəyər itirir. Xüsusilə də “qara qızıl” adlandırılan neftin qiyməti son illərin ən aşağı səviyyəsinə doğru yuvarlanmaqdadır.

Enerji resurslarına olan ehtiyacın azalması isə daha ciddi kataklizmin əlamətidir. Bu o deməkdir ki, dünya iqtisadiyyatı artıq inkişaf etmir. Əksinə, durğunluq mərhələsinə qədəm qoyub və belə davam edərsə, çökməyə başlayacaq. Ardıncasa, qıtlıq, aclıq, səfalət dövrü başlaya bilər.

Səbəbkar isə koronavirusdur. Bu, demək olar ki, hər il dünyanın müxtəlif bölgələrində, adətən, Şərq ölkələrində ortaya çıxan virusların növbəti nümunəsidir.

Картинки по запросу "pandemiya"

Dünyaca ünlü brend markalı şirkətlər adətən, hər il öz məhsullarının yeni versiyasını hazırlayıb, alıcıya təqdim edirlər. Yeni versiya isə özündən əvvəlkini müəyyən parametrlər üzrə üstələyir, daha mükəmməl olur.

Bu viruslar da dünya əhalisinin qarşısına eyni üsulla çıxır. Yəni hər il yeni və özündən əvvəlkindən daha öldürücü, daha sürətlə yayılan virus peyda olur. Həm də aralarındakı fərq o qədər ciddi olur ki, yenisi özündən əvvəlkini və onun təsirini unutdura bilir.

Təbii ki, bu virusların peyda olmasında, onların yayılmasında, təsirinin özündən əvvəlkindən daha güclü olmasında müəyyən müəmmalı məqamlar olmamış deyil. Hər halda, bu virusların kimə daha çox zərər verdiyi və kimə fayda qazandırdığı istər-istəməz suallar doğurur.

Ona görə də hər il yenilənən “virus epidemiyası” ya təbii şəkildə təsadüfən ortaya çıxan olaydır. Ya da illik epidemiyalar dünyanın səhnəarxası güc mərkəzlərindın hansısa planlı şəkildə ssenariləşdirir.

Elə əvvəlcədən qeyd edək ki, bu prosesdə təsadüfilik o qədər də inandırıcı görünmür. Çünki virusların peyda olmasında ardıcıllığın pozulmaması, qəflətən zühur etdiyi bölgələrin dəyişməz qalması, zərərçəkən dövlətlərlə faydalanan beynəlxalq siyasi iradə mərkəzlərinin sabitliyi kimlərinsə, bu prosesdə iştirakçı ola biləcəyini istisna etməyə imkan vermir.

Картинки по запросу "pandemiya"

Deməli, son illərdə dünyanı psixoloji əsarətdə saxlayan “virus epidemiyaları”nın ortaya çıxma səbəblərinə şübhə ilə yanaşmağa ciddi əsaslar tapmaq olar. Belə görünür ki, koronavirus da təbiətin icadı deyil. Onu hansısa gizli güclər xüsusi laboratoriyalarda icad və istehsal edib, məqsədyönlü şəkildə hədəf dövlətə - Çinə ixracına nail olublar. Ardıncasa, növbəti hədəf dövlət – İran cəzalandırılıb. Virusun Avropa ölkələrinə yol tapması isə ipə-sapa yatmaq istəməyən Avropa Birliyinə gözdağı vermək, bu quruma yerini göstərmək cəhdidir.

Koronavirus epidemiyasında hədəflər də, üstəlik, bu virusdan faydalananlar da artıq hər kəsə aydın olmağa başlayıb. Bu virusun bioloji silah ola biləcəyi da elə bir ciddi şübhə doğurmur. Qeyd edək ki, koronovirusun Çinə ilk “ayaq açdığı” mərhələdə baş verənlərin təhlili əsasında onun bioloji silah olduğunu iddia etmişdik.

İndi artıq Cin Xarici İşlər Nazirliyi də bizim o vaxtkı iddialarımızı təsdiqləyən məzmunda açıqlama verib. Belə ki, Cin Xarici İşlər Nazirliyinin rəsmisi bəyanlayıb ki, koronavirus ABŞ tərəfindən hazırlanaraq, bu ölkənin vətəndaşlarına bulaşdırılıb.

Göründüyü kimi, olduqca ciddi ittihamdır. Ola bilsin ki, yaxın vaxtlarda belə ittihamların sırası genişlənəcək. Çünki, əgər, koronavirus konkret məsafəli bioloji savaş ssenarisinin alətidirsa, deməli, əslində bütün dünya hədəfə alınıb. Və artıq bütün planeti təhdid etməyə başlayıb.

Hər halda, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan etmək məcburiyyətindən yayına bilmədi. Və ÜST-nın pandemiya elan etməsindən dərhal sonra fond birjalarında çöküş başladı, dünya iqtisadiyyatı sarsıdıcı zərbələr aldı, turizm sektoru dibə vurdu, neftin qiyməti üzüaşağı yuvarlandı.

Belə anlaşılır ki, beynəlxalq bioloji savaşın ssenari müəllifləri ilk mərhələ üzrə hədəflərinə çatmış kimi görünürlər. Çünki koronavirusdan hər kəs öz payına düşən zərbəni artıq artıqlanmasıyla alıb. ABŞ-ın qıcıq olduğu neft ölkələri də “qara qızıl”ın “qaynar mənfət”inə həsrət qalmaq üzrədirlər.

Ağ Evin əsas beynəlxalq rəqibi Rusiya ağır duruma düşsə də, mövcud duruma mümkün olduğu qədər müqavimət göstərməyə çalışır. Bəzi məlumatlara görə, Kremlin hesablamalarında Rusiyanın neftin qiymətində 15 dollara qədər ucuzlaşma olana qədər duruş gətirmək imkanı olduğu yer alır.

Ancaq bəzi ekspertlər Kremlin bu hesablamalarının reallığı əks etdirdiyinə şübhə edirlər. Onların fikrincə, Kremlin bu hesablamaları sadəcə, müvəqqəti də olsa, daxili siyasət üçün nəzərdə tutulub. Və belə davam edərsə, tezliklə Rusiya baş verənlərə ya daha aqressiv, ya da anlaşmaya hazır pozası ilə reaksiya verə bilər.

Картинки по запросу "pandemiya"

Göründüyü kimi, kimlərsə bütün dünyaya meydan oxumaq niyyətinə düşüb. Hər kəsə yaşıl planetin əsl sahibinin kim olduğunu göstərməyə çalışırlar. Onların iradəsinə qarşı çıxılmasının hansı nəticələr verə biləcəyi barədə qəddar mesajlar verirlər.

Belə anlaşılır ki, dünyanı yenidən dizayn etmək niyyətləri hələ də aktual olaraq, qalmaqdadır. Həmin niyyətlərin sahibləri öz hədəflərinə çata biləcəklərinə əminlik yaradan nəticələri əldə etdikləri təqdirdə, situasiyanın sürətlə dəyişəcəyi qətiyyən istisna deyil.

Çünki bioloji silah xarakter daşıyan bütün viruslar öz antiviruslarıyla paralel yaradılırlar. Deməli, koronavirusa hazırda yüzminlərlə insan yoluxsa da, minlərlə insan həlak olsa da, yüzmilyonlarla insanın həyatı təhlükə altında qalsa da, antivirus artıq çoxdan mövcuddur və hələlik onu gizli saxlayırlar.

Hətta mesaj verirlər ki, bu epidemiya hələ altı ay və ya bir il davam edə bilər. Yəni dünyanı israrla təhdid edirlər, psixoloji yükləməni gücləndirirlər. Bu isə bioloji savaşın artıq həlledici mərhələyə keçdiyini göstərir.

Yəqin ki, öz hədəflərinə tam çatdıqdan sonra antivirusu hansısa dərman şirkəti üzərindən sataraq, külli miqdarda para da qazanacaqlar. Və koronavirus necə gözlənilmədən peyda olmuşdusa, elə qəfil də yoxa çıxacaq. Sadəcə, bunun nə vaxt olacağı hələlik bir qədər müəmmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.