ADR sədri Qubad Ibadoğlu
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edərək vətənə gəib özlərini, yaxınlarını və digər həmvətənlərini riskə atmaqdansa, Azərbaycanın səhiyyə sisteminə əlavə yük yaratmaqdansa olduqları ölkələrdə qalmasını tövsiyyə edib. Bu bəyanat xaricdə kompakt yaşayan və təhsil alan tələbələr arasında cidii narahatçılıq yaradıb. Onlar bunu təmsil etdikləri dövlətin vətəndaşlarından imtina etməsi, məsuliyyətdən qaçması kimi qiymətləndirirlər. Hesab edirəm ki, Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə yaşayan azərbaycanlılar arasında ciddi narahatrçılıq yaradan bəyanatına hakimiyyət dairələri aydınlıq gətirməlidir. Bütün ölkələr nəinki öz vətəndaşlarını hətta rezidentləri də ölkəyə qayıtmağa dəvət etdiyi, onlar üçün lazımı şərait yaradıb, sağlamlığına və təhlükəsizliyinə təminat verdikləri halda Azərbaycanın hakimiyyət orqanlarının bunun əksini etməsi rəzalətdir. Bu məsələyə münasibətdə Azərbaycan vətəndaşlarının seçim hüquqlarına hörmət edilməli, ölkəyə qayıtmaq istəyənlər, xüsusilə də tələbələr üçün dövlət tərəfindən tez bir zamanda bütün şərait yaradılmalıdır.
/azadliq.info