Dünyada koronavirusa yoluxanların sayı 170 minə yaxınlaşır. Son məlumatalara görə, dünyada 6440 nəfər dünyasını dəyişib. Bundan başqa, 76 mindən çox insan xəstəlikdən tam sağalıb.
Amma tibb xadimləri koronavirusla bağlı pessimist açıqlamalar verirlər. Onların hesablamalarına görə, bu xəstəlikdən sağalanların əksəriyyəti sonradan sağlamlığında problemlər yaşayır.
Tibb Universitetinin professoru Adil Qeybulla koronavirusdan sağalanların səhhətində ciddi problemlər olmasını təsdiqləyib.
“Ümumiyyətlə, virusun orqanizmə törətdiyi dəyişiklikləri təəssüf ki, son ana qədər bilmək olmur. Ona görə koronavirus təhlükəli virus olduğu üçün ağciyərlərdə aspekt pnevmoniya yaradır və ağciyərləri çox ciddi şəkildə zədələyir. Koronavirus tək ağciyərləri yox, başqa orqanları da zədələyir. Ona görə də viruslardan sonra mütləq reabilitasiya kursu keçməliyik”.
Adil Qeybulla onuda qeyd edir ki, virusların insan orqanizmini nə dərəcədə dəyişdirməsinin elmə tam olaraq məlum olmadığını da söyləyib. (modern.az)