“Bloomberg”-dən proqnoz:RUSİYA RUBLU VƏ TÜRK LİRƏSİ MƏZƏNNƏDƏ BÖYÜK İTKİYƏ MƏRUZ QALACAQ

17-03-2020, 09:45   

Saymon Flint

“Bloomberg”, 16.03.2020

 

“Bloomberg”-in təhlili göstərir ki, inkişaf etməkdə olan bazarların valyutaları 30%-ə qədər ucuzlaşma ilə üzləşəcək. ABŞ-ın səhmləri də, qlobal maliyyə böhranında olduğu kimi, kronavirusa görə ucuzlaşma dalğasına məruz qalacaq.

İnkişaf etməkdə olan ölkələrin valyutalarında S&P 500 İndeksindəki əhəmiyyətli satış enişlərini nəzərə alaraq, dollar rublla müqayisədə 30%, Çili pesosu ilə müqayisədə 23% daha da güclənə bilər və itkinin 50%-ə qədər artması gözləniləndir.

Bunun əksinə, ABŞ valyutasının Çin yuanına qarşı cəmi 1% üstünlük əldə etməsi ehtimalı var.

Təhlil cari hesab kəsirləri və nisbətən likvid maliyyə bazarları olan ölkələrin valyutalarının dolların möhkəmliyinə ən həssas olduğunu göstərir. Bunlara Cənubi Afrika, İndoneziya və Hindistanla yanaşı, Latın Amerikasındakı bir sıra dövlətlərin milli valyutaları daxildir.

Bunun əksinə olaraq, profisiti (artıqlığı) olan ölkələrin, yəni Tayland və Tayvanın valyutaları möhkəmlənəcək.

Rublun mövqeyi sarsılacaq. Rusiyada cari hesabın profisiti olsa da, qlobal iqtisadiyyatdakı eniş neftin qiymətində sürüşmə ilə bağlı valyutası ağır itkilərə məruz qalır.

Tədqiqata daxil olan 17 cütlük arasında Türkiyə lirəsinin dollara qarşı ən böyük potensial enişə məruz qalacağı təsbit edilib, lakin səlahiyyətlilər dəyişdirmə əməliyyatlarına girişi məhdudlaşdırdıqdan sonra valyuta ticarətinin sərbəstliyi azalıb.

Koronavirusun amansız yayılması və neft qiymətlərində eniş nəticəsində S&P 500 İndeksi fevralın 19-dakı ən yüksək səviyyədən keçən həftə ən aşağı səviyyəsinə – 25%-ə qədər enib.

Dollar eyni müddətdə Çili pesosu ilə müqayisədə 20%, rubla qarşı isə 18% güclənib.

İnkişaf etməkdə olan bazarların valyutaları artıq qan axıtsa da, daha çox itki vermə imkanı qalır.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.