Dünyada köklü iqtisadi-siyasi dəyişiklik dövrü başladı

19-03-2020, 18:57   

 


   
Heç nəyin əvvəlki kimi olmayacağı, ola bilməyəcəyi ortadadır. Qlobal iqtisadi, siyasi və sosial sistemdə köklü dəyişikliklərin baş verməsi ehtimal olunan dövrə giririk.
Axar.az Avropa.info-ya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Ərdoğan Çankaya köşkündə keçirilən Koronovirusla Mübarizə Konfransında deyib.
“Türkiyənin bu mənzərəni öz daxilində əlverişli imkana çevirməsi şərtdir. Xüsusilə, son 17 ildə ölkəmizin əsas xidmət sahələrində və infrastrukturunda həyata keçirdiyimiz böyük dəyişiklik sayəsində Türkiyə bu prosesə ən yaxşı vəziyyətdə hazırlanıb. Qərb ölkələri isə ictimai xidmətləri illərdir özəl sektora ötürərək, əslində başdansovdu yanaşaraq sahibsiz qoyub. Avropa ölkələri bu gün xəstəxanaları və digər səhiyyə qurumlarını milliləşdirməyə başlayıb. İnsan hüquqları müdafiəsinə heç kimi yaxın buraxmayan ölkələrin epidemiyanı özbaşına buraxaraq, “ölən ölsün, qalan sağlarla davam edərik” anlayışı ilə hərəkət etdiyini görürük. Böhran dərinləşdikcə bu cür müzakirələr çoxalacaq. Yaşadığımız proseslərin arxasında bu dərin arxa planı və qeyri-müəyyən gələcəyi nəzərə alaraq, qiymətləndirməyimiz lazımdır. Bir tərəfdən qarşımızdakı problemin həlli üçün səy göstərəcək, digər tərəfdən gələcəyimizi ən güclü formada qurmağın mübarizəsini aparacağıq. Bunun üçün böyük və güclü Türkiyə əsas hədəfimizdir. 2053 və 2071-ci il üçün hamımız birlikdə çox işləməliyik. Dünyanın yönəldiyi istiqamətdə əvvəlcədən yol keçmiş ölkə kimi, inşallah, XXI əsri Türkiyə əsri halına gətirəcəyik”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.