Əhali hökumətin göstərişlərinə məhəl qoymasa İranda 3.5 milyon adam öləcək HAZIRDA HƏR 10 DƏQİQƏDƏ 1 ADAM ÖLÜR...

19-03-2020, 19:13   


İranda koronavirusun yayılması ilə bağlı vəziyyət dramatik olaraq qalır.

Virtualaz.org xəbər verir ki, səhiyyə nazirinin müavini İrəc Hərirçi ölkədə hər saatda 3 nəfərin bu virusdan öldüyünü, 43 yeni yoluxma halının qeydə alındığını açıqlayıb.

Hərirçi özü də epidemiyanın yeni başladığı günlərdə yoluxmuşdu, amma o sağalıb və işinə qayıdıb.

“Hər saatda 43 İran vətəndaşı virusa yoluxur və bu statistika epidemiyanın nə dərəcədə ciddi olduğunu göstərir”,-İRNA agentliyi Hərirçidən sitat gətirir.

Onun sözlərinə görə, virusun bu cür sürətlə yayılmasının əsas səbəbi əhalinin ictimai yerlərə baş çəkməsi və həkimlərin tövsiyəsinə məhəl qoymamasıdır. Hərirçi xəstəxanalarda da yoluxanların qaydalara əməl etmədiyini, nəticədə həkimləri də yoluxdurduğunu, bir çox hallarda tibb personalının öldüyünü də deyib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur isə keçirdiyi brifinqdə ölkədə virusdan hər 10 dəqiqədə bir adamın öldüyünü bildirib. Onun açıqladığı rəqəmlərə görə ölkədə virusdan 1135 ölüm halı baş verib, yoluxanların sayı 18 minə yaxındır.

Bu arada İran alimləri ölkədə virusun yayılmasının daha dəhşətli miqyas alacağı barədə xəbərdarlıq ediblər. Tehranın Şərif adına Texnoloji Universitetinin hesablamalarına görə ən optimistik ssenaridə İranda 120 min adam yoluxacaq, 12 min adam öləcək. əgər əhali hakimiyyət tərəfindən tətbiq edilmiş məhdudiyyətlərə tam əməl etməsə yoluxanların sayı 300 mini keçəcək, 110 min insan öləcək. əgər insanlar heç bir məhdudiyyətə əməl etməsə İranın səhiyyə sistemi çökəcək, 4 milyon insan yoluxacaq, nəticədə 3.5 milyon adam öləcək.

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.