41 il əvvəlin məxfi epidemiyası – Spor buludunu atmosferə buraxan Çernışev niyə cəzalandırılmadı?

23-03-2020, 15:02   


Bu gün dünyanı əsir-yesir edən, 15 minə yaxın insanın canını alan koronovirus bəlası barədə materialların, bədii və sənədli filmlərin, romanların öncədən ərsəyə gətirilmiş olması heyrət doğurur.

Bu cür filmlərdən biri də 9 il öncə ABŞ-da çəkilmiş “Yoluxma” (Contagion) filmidir. 1 saat 27 dəqiqəlik nümayiş müddəti olan “Yoluxma” filmi başlanarkən ekranda belə bir titr yazısı görünür: “Bu filmin məqsədi hər hansı bir ölkənin hökumətini qorxutmaq, təlaşlandırmaq və ya diskreditasiya etmək deyil”.

Filmdə bildirilir ki, müxtəlif viruslar artıq bütün dünyada çox sayda can almaqdadır və bunlar heç də təbii yolla əmələ gələn, canlıların daşıdığı viruslar deyil, laborotariya şəraitində hazırlanmış viruslardır və onlar daha qorxuludurlar, bütün dünyada pandemiya yaratmaq gücündədirlər.

“Yoluxma”nın müəllifləri bunun bioloji müharibə olacağını, təhlükəli virusun dünyanı hansı günə qoyacağından, ölkə hökumətlərinin hansı addımları atacağından təfsilatı ilə bəhs olunur və bu gün dünyadakı müvafiq duruma diqqət etdikdə əmin olursan, 9 il öncə deyilənlər yüzdəyüz dəqiqliklə yerini alıb.

Məqsəd insanların artımının qarşısını almaqdır?

Müəlliflər bu virusun – bioloji silahın yayılmasında başlıca məqsədin artıq əhalisi 7 milyarda çatmış, 5-10 ilə ikiqat artaraq 14 milyard olacağı gözlənilən planetdə insan sayının azaldılması olduğunu iddia edirlər. Guya ki, bioloji silah işlədənlər Yerin bu qədər insanı yedirib-geydirə bilməyəcəyini proqnozlaşdırır, daha qlobal fəlakətlər başlamazdan öncə tədbir görürlər.

Bu, necə bir təxəyyüldür?

Bəlkə də 9 il öncə çəkilən film insanlara inandırcı görünməz, fantastik görünərdi, ancaq günümüzdə insanların həmin proqnozlaşdırılan müharibənin içərisində olması, öncədən görülən durumlarla üzləşməsi göstərir ki, “Yoluxma” təkcə təxəyyül məhsulu deyil, filmin yaradıcıları konkret məxfi sənədlərə və bilgilərə əsaslanıblar.

Bioloji hücumun Çindən (Honkonq) başlayacağı, qısa müddətfə İranı, İtaliyanı, Türkiyəni, Almaniya və İngiltərəni vuracağı barədə filmdə səslənən proqnozlar isə bu gün dünyadakı durumu bilən insanları heyrətə gətirəcək faktlardır.

Filmdə 1979-cu ildə Rusiyanın Sverdlovsk şəhəri ətrafındakı məxfi mikrobioloji laboratiyadan təsadüf nəticəsində təhlükəli virusun sızması və minlərlə insanın Sibir xorasından ölməsi hadisəsindən də bəhs olunur.

Sibir xorasının adı – “Sverdlovsk-19”

Картинки по запросу "1979 свердловск сибирская язва"

Rəsmi qaynaqlara görə, 1979-cu ildə Sverdlovskda (indiki Yekaterinburq) baş verən epidemiyada 64 nəfər həlak olub, təhqiqatçılar və jurnalistlər isə ölənlərin sayını 100 civarında göstərir.

Kütləvi yoluxmaya dair iki versiya var: yoluxmuş heyvanın əti və gizli laboratoriyadan bakteriya sızıntısı...

Rəsmilər birinci versiyada israr ediblər və bildiriblər ki, epidemiya yoluxmuş mal-qara ətindən əmələ gəlib. Ancaq bir sıra təhqiqatçılar və hadisələrin birbaşa iştirakçıları əminliklə bildiriblər ki, epidemiya Sibir xorasının sporlarından ibarət buludun təsadüf nəticəsində şəhərin Çkalov rayonunda yerləşən 19 saylı hərbi şəhərçiyindəki hərbi-bioloji laboratoriyadan atmosferə buraxılması nəticəsində törənib.

Beynəlxalq qadağaya baxmayaraq...

Sverdlovsk-19 beynəlxalq konvensiya ilə qadağan olunmuş bioloji silahın hazırlanması və istehsalı ilə məşğul olan, ciddi şəkildə məxfi saxlanılan Biopreparat sisteminə daxil olub. SSRİ həmin beynəlxalq konvensiyaya 1972-ci ildə qoşulsa da, bioloji silah yaratmaqda davam edib.

Birinci yoluxma halı 1979-ci ilin 4 aprelində baş verib. İlk xəstəyə “sətəlcəm” diaqnozu qoyublar.

Картинки по запросу "1979 свердловск сибирская язва"

2-3 həftə ərzində yoluxmalar artıb, hər gün 5 nəfər ölüb. Aprelin 10-da 40 saylı şəhər xəstəxanasında xəstəlikdən olan şəxsin meyidini yarıblar və düzgün diaqnoz qoyublar: Sibir xorası.

Bundan sonra xəstəxanalarda yoluxanları qəbul etmək üçün 500 çarpayılıq yer ayrılıb. Yerli qəzetlərdə epidemiya barədə xəbərdarlıq edilib. Aprelin 21-də Sverdlovskun Çkalov rayonunda mülki əhalinin peyvəndlənməsi və ərazinin dezinfeksiyası işləri başlanıb. İyunun 12-də Sibir xorasına yoluxmuş sonuncu adam ölüb.

Çernışevin səhlənkarlığı və spor buludunun yayılması...

Картинки по запросу "1979 свердловск сибирская язва"

Hökumət orqanları epidemiyanın gizli hərbi-bioloji laboratoriyadan qaynaqlanmasını tamamilə ört-basdır edib, “təqsiri” xoraya yoluxmuş heyvanların üstünə yıxıblar. Sovet totalitarizmi epoxasında bunu etmək o qədər də çətin olmayıb.
Sonradan təhqiqatçıların ortaya çıxardığı faktlara əsasən, əslində yoluxma belə başlayıb: 1979-cu ilin mart ayının sonuncü cümə günü Sibir xorası sporlarının istehsalı müvəqqəti dayandırılanda laboratoriyanın işçilərindən biri sporların ətraf mühitə atılmasının qarşısını alan çirkli filtri çıxarıb. O, bu barədə kağıza qeyd yazıb, ancaq jurnalda müvafiq qeydləri etməyib. Əvəzedici növbə qrupunun rəisi avadanlığı işə salıb və yalnız bir neçə saatdan sonra aydın olub ki, avadanlıq filtrsiz işləyir. Bioloji silahın hazırlanması üzrə mühüm simalardan biri olan Kanatjan Alibekov təqsirkarın adını da çəkib – Nikolay Çernışev. Bu adam onlarla günahsız insanın zəstələnib ölməsinə görə cəzalandırılmayıb və sonradan Stepnozavodskdakı məxfi zavodda işləyib.

Külək təhlükəli spor buludunu cənub və cənub-şərq istiqamətində, 32 saylı hərbi şəhərciyin, “Btorçermet” və farfor zavoduna aid qəsəbənin ərazisinə yayıb. 19 saylı şəhərciyin özü isə öldürücü buludun altına düşməyib.

Epidemiyadan öncə hadisə yerinə gələn general

Aprelin 4-də hadisə yerinə SSRİ-nin səhiyyə nazirinin müavini general Burqasov və nazirliyin baş infeksionisti Nikifirov göndərilib. Onlar gələn zaman hələ ilk xəstə qeydə alınmamış, epidemiya başlamamışdı, amma artıq Kremldə bilirdilər ki, Sverdlovskda Sibir xorası epidemiyası olacaq. Təkcə bu fakt göstərir ki, hərbçilər öz “qələt”ləri barədə Moskvaya vaxtında xəbər veriblər.

Elə ilk vaxtlarda yoluxmanın haradan və necə başlandığı işin içində olanlara, onların yaxınlarına bəlli olsa da, aidiyyatı orqanlar dezinformasiya yaymaqla, bu barədə danışanları susdurmaqla, poçtu, mətbuatı nəzarətə götürməklə həqiqətin ortaya çıxmasına imkan verməyiblər.

Yeltsinin etirafı da mübahisələrə son qoymayıb, dirəşənlər olub

Картинки по запросу "1979 свердловск сибирская язва"

1979-cu ildə Sverdlovsk vilayətinin rəhbəri olan, sonradan Rusiya prezidenti seçilən Boris Yeltsin öz memuarında ötəri olsa da, Sibir xorası epidemiyasından da bəhs edib, onu məxfi hərbi zavoddan sızıntıyla bağlayıb. Baş verən faciənin 13-cü ildönümündə Yeltsin epidemiyadan zərər çəkənlərin və ölənlərin ailəsinin pensiya təminatının yaxşılaşdırılması haqqında qanun imzalayıb. Bu hərbi bakterioloqların məsuliyyət daşıması faktının etirafı demək olsa da, yüksək mənsəbli hərbi tibb işçiləri “yoluxmuş ət” və “təxribat” versiyasından danışmaqda davam ediblər.

Andropov Ustunova əmr verib, Ustinov əməl edib və... müəssisə dayandırılmayıb

Hadisədən 3 il sonra SSRİ rəhbəri Yuri Andropov müdafiə naziri Ustinova zəng edib və bioloji silah istehsal edən müəssisənin tamamilə dayandırılmasını əmr edib. Əmr yerinə yetirilib. Ancaq sonradan aydın olub ki, Sibir xorası sporlarını istehsal edən laboratoriya başqa bir vilayətə köçürülüb və silahın istehsalı davam etdirilib.

Картинки по запросу "andropov ustinov"

Kimya elmləri doktoru Lev Fyodorov 1979-cu ildə hərbçilərin səhlənkarlığı nəticəsində Sibir xorasından ölənlərin 500-dən az olmadığını bildirib.

“Yoluxmuş ət” mədədə xora yaradar, yoxsa ağciyərdə?

Epidemiyadan ölənlərin əksəriyyətində bu xəstəlik üçün nadir sayılan ağciyər iltihabı aşkarlanıb ki, bu da yoluxmuş ətdən yox, virusun tənəffüs orqanlarına düşməsinin göstəricisidir. Sibir xorasının ən geniş yayılmış forması isə mədədə və dəri üzərində öldürücü yaraların əmələ gəlməsidir.

Həmin il Sibir xorası epidemiyasının xarici kəşfiyyat orqanlarının təxribatı kimi səciyyələndirmək təşəbbüsləri də olub. DTK bu istiqamətdə intensiv çalışıb. Guya ki, bəzi qüdrətli dövlətlər Moskva olimpiadası ərəfəsində sovet dövlətini diskreditasiya etmək məqsədi güdüblər. Ancaq diversiya ehtimalı doğrulmayıb. Yoxsa epidemiyanın səbəbkarı olan Çernışevi güllələyərdilər.

Картинки по запросу "коронавирус лаборатория"

Bu hadisə bir daha təsdiq edir ki, insan oğlunun əlində bütün bəşəriyyəti məhv etmək üçün hər cür silah var – asimanda nəhəng göbələklər əmələ gətirən radioaktiv buludlu atom bombasından tutmuş gözlə görünməyən təhlükəli virus buluduna qədər.

Hazırda dünyanı nəhəng məhbəsə döndərmiş koronavirus o silahlardan biri ola bilər, ancaq hələlik ən neytral bioloqlar da Covid-19-un laboratoriya şəraitində hazırlanmış silah olduğunu nəinki iddia etmirlər, hətta uyğun iddiaları da təkzib edirlər.

Unutmayaq ki, 1979-cu ildə də belə olub, əvvəlcə həqiqəti tam təkzib ediblər, sonra etiraf etməyə məcbur olublar. Bir də hər kəs bilsin ki, "superdövlət" adlandırıla hər bir dövlətin bioloji silahlar istehsal edən müəssisələri var və bəşəriyyətin taleyi gerçəkdən də tükdən asılıdır.

 

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.