MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar...

23-03-2020, 15:09   



Dünyanın bəlası koronvirus ucbatından hər keçən gün daha çox sayda insan dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır:

Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını dəyişənlərin sayı isə son məlumata görə 14.641 nəfər çatıb. Bununla belə virusdan sağalan insanların sayı da 98 min 333 nəfər çatıb.

İtaliya. Məlum olduğu kimi İtaliya koronavirusdan ölənlərin sayına görə Çindən sonra ikinci yerdədir. Son məlumata görə ötən gün virusdan dünyasını dəyişənlərin sayı 651 nəfər artaraq, 5 min 476 nəfərə çatıb. Məlumata görə ölkədə 18 tibb işçisi də bu virusdan dünyasını dəyişib.

20200323_103831.jpg (197 KB)

İspaniyada da koronavirusdan ölənlərin sayı hər keçən gün sürətlə artmaqdadır. Virusa yoluxanların sayına görə İspaniya İtaliya və Çindən sonra 3-cü sıradadır. Belə ki, İspaniyada bu günə qədər 28 min 572 insanda yoluxma halı aşkarlanıb. Virusdan dünyasını dəyişlənlərin sayı isə 1753 nəfərdir. Önləyici tədbirlərə baxmayaraq, ölkədə virusa yoluxanların və ölənlərin sayı sürətlə artır. Ölkədə ən ağır vəziyyət paytaxt Madriddə yaşanır. Paytaxtda 1021 nəfər dünyasını dəyişib. Paytaxt Madriddən sonra Kataloniyada vəziyyət ağırdır. Bu şəhərdə isə virusa yoluxanların sayı 4 min 704 nəfər, dünyasının dəyişənlərin sayı isə 191 nəfərdir.

Almaniya. Məlum olduğu kimi ötən gün Almaniyanın baş naziri Angela Merkel özünü karantinə alıb. Belə ki, ona peyvənd edən həkimin koronavirus testi pozitiv çıxıb. Toplantı keçirən Merkel bir qədər sonra bu nəticə barəsində xəbər tutuan kimi özünü karantinə alıb. Açıqlamaya görə Merkel karantin günlərində evdən çalışacaq və koronavirus testindən keçəcək. Qeyd edək ki, Merkel keçirdiyi toplantıda koronavirusun ölkədə sürətlə yayılmasının qarşısını almaq üçün iki həftə ərzində sosiallaşmanın daha da azaldılmasını, ailə və birlikdə yaşayan insanlardan başqa 2 nəfərin bir araya gəlməsinin qadağan olunduğunu bəyan etmişdi.

Son məlumata görə almaniyada koronavirusdan dünyasını dəyişənlərin sayı 92 nəfər, yoluxanların sayı isə 23 min 920 nəfərdir.

Amerikalı senator Rend Pol koronavirusa yoluxub

ABŞ Senatında önəmli şəxslərdən olan respublikaçı Rand Paulda da yeni tip koronavorus aşkar edilib. Koronavirus testi pozitiv çıxan andan Paul karantin altına alınıb.

Senatorla bağlı məlumatda bildirilir: “Senator hazırda özünü yaxşı hiss edir və karantindədir. Əslində koronavirusla bağlı onda əlamətlər yox idi. Lakin çoxsaylı səyahətlər keçirdiyi üçün və önləyici tədbirlər məqsədi ilə testdən keçmişdi”.

Məlumata görə, Paulun son zamanlar kimlərlə ünsiyyətdə olduğu araşdırılır. Beləliklə də Paul ABŞ Senatorluğunda koronavirusa yoluxan ilk şəxs oldu. O, öz vəzifəsinə evdən davam edəcək. Onun ofisində çalışanlar isə artıq 10 gündür ki, fəaliyyətlərinə uzaqdan davam edirlər.

Qeyd edək ki, bir qədər öncə Təmsilçilər Məclisi Florida vəkili Mario Diaz-Balart ilə Utah millət vəkili Ben McAdamsda koronavirus testi pozitiv çıxmışdı. Lakin ABŞ prezidenti Donald Tramp və prezident köməkçisi Mike Pencedə virus aşkar edilməmişdi.

Onu da əlavə edək ki, ABŞ-da da koronavirus sürətlə yayılmaqdadır. Son məlumata görə ABŞ-da virusa yoluxanların sayı 26 min 747 nəfər, dünyasını dəyişənlərin sayı isə 340 nəfərdir. Beləliklə də ABŞ koronavirusun yoluxma sürətinə görə dünyada 4-cü sıradadır. Virusa yoluxma əsasən Nyu-Yorkda müşahidə edilir. Belə ki, adı çəkilən şəhərdə 12 min 315, Vaşinqtonda 1793, Kalifoniyada isə 1470 nəfər bu virusa yoluxub. Ən çox ölüm faktı isə Vaşinqtondadır. Belə ki, Vaşinqtonda 94, Nyu-yorkda 76, Kalifoniyada isə 27 nəfər koronavirusdan dünyasını dəyişib. Son məlumata görə ABŞ-da təkcə son 24 saatda virusa yoluxanların sayı 7 min 123 nəfər, ölü sayı isə 80 nəfər olub.

Şimali Makedoniyada isə ilk ölüm faktı qeydə alındı. Ölkənin səhiyyə naziri Venko Filipçe keçirdiyi mətbuat konfransında bildirib ki, 57 yaşlı bir qadın virusa yoluxmadan dünyasını dəyişib. Nazirin sözlərinə görə qadın iki dəfə koronavirus testindən keçib və nəticəsi neqativ çıxıb. Lakin buna baxmayaraq qadın karantində saxlanılıb və müalicə alıb. Bütün bunlara baxmayaraq qadın dünyasını dəyişib və öldükdən sonra ona yenidən test edilib və nəticə pozitiv çıxıb. Qeyd edək ki, bu günə qədər Şimalı Makedoniyada 116 nəfərdə koronavirus aşkar edilib. Ölkə rəhbərliyi dünəndən etibarən evdən çölə çıxmağı qadağan edib.

Pakistan hökuməti isə koronavirusla mübarizə üçün böyük şəhərlərdə bazar və açıq satış yerlərini bağlayıb.

Əfqanıstan. Bu ölkədə də koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Ölkənin səhiyyə nazirliyi sözçüsü Vahid Mayaq bildirib ki, Belh vilayəti sakini olan 40 yaşında kişi koronavirusdan dünyasını dəyişib. Mayaq bunu ölkədə ilk ölüm faktı kimi qeyd edib. Məlumat üçün bildirək ki, hazırda Əfqanıstanda 34 nəfər koronavirusa yoluxub.

20200323_104016.jpg (192 KB)

Fransa. Xatırladaq ki, Fransa səhiyyə naziri Olivier Veran qızdırmaya qarşı istifadə edilən bir dərmanın koronavirusa qarşı təsirli olub-olmayacağı ilə bağlı araşdırma aparıldığını bildirmişdi. Son məlumata görə 15 gün ərzində həmin dərmanın yararlı olub-olmayacağı açıqlanacaq. Fransa hökuməti bəyan edib ki, əgər dərman təsirli olarsa yalnız fransa əhali üçün tətbiq ediləcək, ölkə xaricinə çıxarılması qadağan ediləcək. Fransalı həkim Didier Raoultun dediyinə görə həmin dərman 24 koronaviruslu xəstəyə tətbiq edilib və xəstələrin 75 faizi tam sağalıb.

Səhiyyə nazirinin sözlərinə görə ötən gün ölkədə bir həkim koronavirusdan dünyasını dəyişib. Həmçinin bildirilib ki, sərbəst dolaşma ilə bağlı qadağa hələ bir müddət də davam edəcək, bununla bağlı qərar bazar ertəsi açıqlanacaq. Veranın sözlərinə görə bir gün ərzində ölkədə 5 min koronavirus testi həyata keçirilir.

Rusiya. Rusiyanın Həkimlər Birliyinin təmsilçisi Anastasiya Vasilyeva video görüntü yayaraq, ölkədə koronavirusla bağlı həqiqətlərin gizlədildiyini bəyan etmişdi.

Onun sözlərinə görə, həkimləri həqiqi durumu gizlətməyə, doğru məlumatları paylaşmamağa məcbur edirlər:“Ölkəmizi bununla təhlükəyə atırlar. Bu, məmurların axmaqlığıdır”.

Vasilyeva həmçinin həkimlərə virusdan qoruyacaq tibbi ləvazimatların verilmədiyini də diqqətə çatdırıb:“Həkimlər koronavirusdan qorunmadan xəstələri müalicə etmək məcburiyyətindədirlər. Bu, xalqa qarşı edilən bir cinayətdir”.

20200323_103905.jpg (177 KB)

Banqladeş. Banqladeşdə isə koronavirusa yoluxanların sayı 3 dəfə artaraq, 27 nəfər olub. Qeyd edək ki, burada yalnız bir ölüm faktı qeydə alınıb. Dünyasını dəyişən 60 yaşlı qadının isə bir müddət əvvəl İngiltərədən gəldiyi məlum olub. Rəsmilərin açıqlamasına görə artıq xarici ölkələrdən gələn insanların ölkəyə girişi qadağan ediləcək.

Hindistan. Hindistan səhiyyə nazirliyinin açıqlamasına görə ölkədə koronavirusdan dünyasını dəyişənlərin sayı 7 nəfərə, virusa yoluxanların sayı isə 329 nəfər çatıb. Rəsmilər ölkədə virusun yayılmaması üçün gün ərzində 14 saat çölə çıxmaq qadağası qoyub.

azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.