İtaliyada koronavirusa yoluxan ilk xəstə tam sağalıb.Axar.az xəbər verir ki, “bir nömrəli xəstə” kimi tanınan 38 yaşlı Mattia artıq evə buraxılıb.
Onun müalicəsinin bir ay davam etdiyi bildirilib.
Qeyd edək ki, Mattia fevralın 20-də səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Testinin nəticəsi pozitiv çıxan Mattia İtaliyada koronaya yoluxmuş ilk şəxs kimi qeydə alınıb.