Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq

29-03-2020, 13:43   


“Azəriqaz”dan evdən çıxması yasaqlanan şəxslərlə bağlı AÇIQLAMA
 "Azəriqaz” İstehsalat Birliyi hökumət tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə atılan addımlara dəstək olaraq sosial aksiyaya başlayıb.

Birlikdən Sfera.az-a bildirilib ki, martın 29-dan etibarən "#evdəqal” çağırışlarına uyğun olaraq, evlərini tərk etməyən 65 yaşdan yuxarı abonentlərə "Azəriqaz” da yardımçı olacaq. Bu yaş kateqoriyasına aid olan şəxslər birliyin 104/185 saylı Çağrı mərkəzi ilə əlaqə saxlamaqla nəyə ehtiyac duyduqlarını bildirə bilərlər. Bundan başqa, bu barədə (+99477) 3 104 104 saylı "WhatsApp” nömrəsinə mesaj da göndərə bilərlər.
 
Qeyd edək ki, ilk növbədə qaz təsərrüfatı ilə bağlı məsələlərə diqqət ayrılacaq. Məsələn, 65 yaşdan yuxarı olan abonentin kartına vəsait yükləmək lazım gələrsə, bu xidmət üçün onun kartı götürülməklə vəsait yüklənilib ünvanında özünə qaytarılacaq. İşlətdiyi məişət qaz cihazlarında hər hansı nasazlıq yaranarsa, təmənnasız olaraq təmir ediləcək.

Eyni zamanda, bu xidmətlərlə yanaşı, birlik göstərilən yaş kateqoriyasında olan abonentlər üçün bütün digər sosial xidmətləri təqdim edən dövlət qurumları ilə həmrəydir və bu işdə onlarla birgə fəaliyyətə hazırdır. Evdə qalın, bizə etibar edin! Virusa birlikdə qalib gələk!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.