Britaniya inanılmazı bacardı: koronavirus sürətlə yox olur

2-04-2020, 09:55   


Britaniya inanılmazı bacardı: koronavirus sürətlə yox olur

Böyük Britaniyada küçəyə çıxmaq qadağası işə yarayıb.

Publika.az xəbər verir ki, koronavirus səbəbilə ölkə miqyasında məhdud küçəyə çıxma qadağasından sonra insanların doğmaları ilə münasibətləri 70% soyuyub və Kovid-19 faktlarının sayında sürətli şəkildə azalma gedib.

London Gigiyena və Tropikal Tibb Məktəbinin elm adamları internet vasitəsilə 300 min insan üzərində apardığı araşdırmada xalqın daha əvvəlki günlərə nisbətdə yaxınları ilə fiziki görüşlərini azaltdığını ortaya çıxarıb.

Qeyd edək ki, özü də koronavirusa yoluxan Böyük Britaniyanın Baş naziri Boris Conson daha əvvəl koronavirusa “sürü immuniteti” metodu ilə qalib gələcəklərini açıqlamış, daha sonra 24 mart tarixində karantin elan etməyə məcbur olmuşdu.

Son rəqəmlərə görə, Böyük Britaniyada 29 min 474 nəfər koronavirusa yoluxub. Onlardan 2 min 352 nəfəri ölüb, 135 nəfəri sağalıb.

Zümrüd

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.