5 apreldə dünyada koronavirusa yoluxma azalan xəttə keçib - 13 min nəfər azalma...

6-04-2020, 11:08   


Dünən dünyada koronavirusa (COVİD-19) yoluxma sayı əvvəlki günlə müqayisədə az olub. Xüsusilə də dünyada yoluxanların cədvəlinə təsir edən bir neçə əsas dövlətdə yoluxma sayı 2, bəzilərində 3 dəfə azalıb.

Musavat.com xəbər verir ki, dünyada bəzi dövlətlərdə koronavirus sönən xəttə keçsə də, bəzilərində artım nəzərə çarpır. Ümumilikdə dünən yoluxmanın ən çox qeydə alındığı 3 ölkəni təqdim edirik. 

Bütövlükdə dünən dünyada 71 min 409 nəfər yoluxub, 4 min 738 nəfər ölüb (4 apreldə 84 min 810 nəfər koronavirusa yoluxan, 5 min 801 nəfər ölən olub).

Ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə dünən 25 min 316 nəfər yoluxub, 1165 nəfər ölüb.

Yoluxmanın ən çox qeydə alındığı ikinci ölkə İngiltərə olub (5 min 903 yoluxma, 621 ölüm). Dünən yoluxmaya görə üçüncü sırada isə İspaniya yer alıb ( 5 min 478 yoluxma, 694 nəfər ölən olub).


Hazırda dünyada yoluxanların ümumi sayı 1 milyon 274 min 340 nəfər, ölənlər isə 69 min 480 nəfərdir.

Əli Rais,
Musavat.com


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.