“İnsanlara beş manat verirsən, deyir 15 manat verməlisən''

11-04-2020, 17:00   
 

Milli Məclisin sabiq deputatı Fərəc Quliyev: “İnsanlara beş manat verirsən, deyir 15 manat verməlisən, yaxud hansısa sektorun inkişafı ilə bağlı vəsait ayrılırsa, deyir bu gün iş yerinə ehtiyac yoxdur, yalnız pul paylayın...Belə yanaşma olmaz axı. Dünənə qədər sən məşğulluq istəyirdin, indi fərqli yanaşma ortaya qoyursan. Burada ölkənin taleyindən söhbət getdiyini qətiyyən unutmaq olmaz. Dövləti qətiyyən sarsıtmaq olmaz. Ola bilsin ki, insanların tələblərinə lazım olanları həyata keçirmək imkanları olmasın, bunu başa düşürəm. Amma hər halda, bu gözəgörünməyən düşmənlə savaşdır. Burada hamıdan fədakarlıq gözlənilir. Polislər, tibb işçiləri bunu artıqlaması ilə göstərirlər. Siz jurnalistlərin özlərini qorumadan müəyyən yerlərə getməyinizi, prosesləri işıqlandırmağınız azmı fədakarlıqdır? Belə məqamda siyasi ambisiyalardan çıxış edərək, qarşı tərəfin üstünə getmək doğru deyil. Milli maraqları qorumaq üçün hər kəs özünü əsgər kimi aparmalıdır. Kənardan atılan güllə ölkənin üzərinə gəlir, insanların siyasi kimliyini hədəf almır ki... Belə məqamlardan istifadə cəhdləri məni üzür. Təəssüf edirəm ki, bu hələ də davam edir”.
Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.