Azərbaycanda koronavirusa 67 yeni yoluxma halı qeydə alındı

11-04-2020, 19:47   


Azərbaycan Respublikasında 67 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 41 nəfər müalicə nəticəsində sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, 1935-ci il təvəllüdlü vətəndaşın anamnezində ürək ritminin pozulması, ürəyin işemik xəstəliyi, postinfarkt kardioskleroz olduğu göstərilib, ondan koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxıb. Bütün zəruri tibbi tədbirlərin həyata keçirilməsinə baxmayaraq pasiyent vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.