Çində bazar günü 108 yeni koronavirusa yeni yoluxma halı qeydə alınıb.
Çinin hökumətinin hesabatına görə, 108 yeni hal son beş həftədə qeydə alınmış ən yüksək göstəricidir.
Say nisbətən az olsa da, tendensiya yuxarıdır və bu, Çin üçün yaxşı hal deyil.
Yeni aşkarlanmaların əsas səbəbi kimi Çin vətəndaşlarının vətənə qayıtmasının davam etməsi göstərilir. Təsdiqlənmiş yoluxma hallarının hamısı kənardan gələnələrdə müşahidə olunub. Onların yarısı şimali Heilongjiang əyalətində cəmlənib. Çinlilərin bu virusu özlərilə Rusiyadan gətirdiyi bildirilir.
Çinə olan beynəlxalq səyahətlərdə ciddi məhdudiyyətlərə baxmayaraq, hökumət yeni yaranan virus hallarını tamamilə dayandıra bilmədi.
Virusun mənbəyi olan Hubei əyalətində yoluxmaların sayı çox azdır, lakin insanlar hələ də ölürlər. Orada iki yeni ölüm halının qeydə alınması ilə bağlı xəbər yayılıb.
Buna baxmayaraq, Hubeydəki mövcud vəziyyət onun Çinə və dünyanın qalan hissəsinə açılması üçün uyğun hesab olunub.
Çinin Vuhan şəhərində yanvarın 23-dən tətbiq olunan karantin rejimi ötən həftə ləğv olunmuşdu.
Bu ölkə Amerika Birləşmiş Ştatlarından (ABŞ) gələn hər bir vətəndaşı koronavurisa görə testdən keçirir və onları üç günlük özünütəcridə göndərir.
Çin kimi Cənubi Koreya da xaricdən gələn şəxslərin özləri ilə gətirdiyi virusla mübarizə aparır.
Rəsmi rəqəmlərə görə, son iki həftədə ölkəyə gətirilmiş virusun yarısının qlobal pandemiyanın mərkəzinə çevrilmiş ABŞ-dan idxal olunduğu bildirilir.
ABŞ-da aparılan bəzi hesablamalara görə, hesablamalara görə, dünyada 1,8 milyon nəfər koronavirusa yoluxub.
Cənubi Koreya hökumətində yoluxma hallarının aşkarlanması sayının az olduğu bildirilir. Bazar günü bu ölkədə 32 yeni yoluxma halı aşkarlanıb. Bununla da ölkədə ümumi yoluxma sayı 10, 512 nəfərə çatıb.
Hindistandakı son vəziyyət
Hindistanda ölkəboyu elan edilmiş karantin rejiminin vaxtının artırılacağı gözlənilir.
Elm adamları Hindistanda vəziyyətin bir qədər yaxşılaşdığını bilidirirlər.
Yerli media yazır ki, Hindistan hələ də Çindən sifariş etdiyi 500 min sürətli sınaq dəstini almayıb. Testə başlamaq üçün burada bir neçə ştat bu dəstləri gözləyir.
Bəzi əyalətlər artıq federal hökumətin "hansı yanaşma daha effektiv olacaq" düşüncələri içində verəcəyi qərarı gözləmədən karantin rejiminin müddəti daha iki həftə artırılıb.
Qərbi Maharaştra əyalətində yoluxma sayının artması ilə əlaqədar narahatlıqlar məmurları infeksiyanın yoluxma riski yüksək olan gecəqondu sakinlərinə anti-malyariya dərmanının "profilaktik tədbir" olaraq verilməsini düşünməyə vadar edib.
Son 24 saat ərzində Hindistan 918 yeni infeksiya və 34 ölüm halını təsdiqləyib, beləliklə, bu ölkədə yoluxduğu aşkarlananların ümumi sayı 8000-dən çox olub.
Pasxa həftəsonunda Honq-Konqluların bir çoxu sosial məsafəli əyləncə üçün çimərliyə axışıb.
Xəstəliyi sürətlə idarə etdiyi üçün təriflənən Honq-Konqda son həftələrdə yoluxma sayının davamlı olaraq azalması müşahidə olunub.
Bazar günü yalnız dörd yeni yoluxma hadisəsi mart ayının ortalarından bəri ən aşağı göstərici olub. Səlahiyyətlilər Çinin bəzi şəhərlərdə karantin rejimi müddətinə xitam verdiyi üçün digər bir yoluxma dalğasını gözlədiklərini bildirsələr də, insanların günəşlənməsinə mane olmayıblar.
Sinqapurda isə vəziyyət fərqlidir. Ölkə hazırda miqrantların ölkəyə yeni gətirdiyi virusun yeni dalğası ilə mübarizə aparır. Şəhərdə karantin rejimi siyasəti uğurla davam etdirilir və həftəsonu çimərliklər bağlı elan olunub. Rəsmilər sosial məsafə qaydalarını pozanların sərt cəzalarla üzləşəcəyini bildirib. Sinqapurlular küçəyə çıxıb idman edə bilər, lakin qrup halında ictimai yerlərdə toplaşa bilməzlər.
Son bir neçə gündə park və çimərliklərdə toplaşan şəxslərə minlərlə xəbərdarlıq edilib.
Avstraliyalıların "möhtəşəm cavabı"
Uzun Pasxa həftəsonunda Avstraliyada nəqliyyatın hərəkəti 13 faizdən aşağı olub, ölkənin səhiyyə naziri Greg Hunt açıqlayıb.
Bazar ertəsi təşkil etdiyi mətbuat konfransında, o, avstraliyalıları evdə qaldıqları üçün tərifləyib, "möhtəşəm cavab verdiklərini" və "əyrini əhəmiyyətli dərəcədə düzləşdirdiklərini" söylədi.
"Avstraliyalılar həyatlarını qurtararaq və həyatlarını qorumaqla evdə qalaraq dəyişiklik edirlər. Mən daha çox təsirlənə və ürəklənə bilməzdim" dedi. "Bütün avstraliyalılara hərəkətlərinə görə təşəkkür edirəm", Greg Hunt deyib.
Onun sözlərinə görə, Avstraliyada 6 mindən çox şəxsə diaqnoz qoyulub, bu şəxslərdən 3 mindən çoxu sağalıb.