Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın koronavirus infeksiyası ilə mübarizə üçün Ermənistana dərman göndərdiklərini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, İbrahim Kalın bu sözləri CNN-Türk kanalına verdiyi müsahibədə deyib.
Kalın bildirib ki, Ermənistanın Türkiyədən dərman istəyib. Mətbuat katibi qeyd edib ki, Prezident Ermənistanın bu tələbini təmin etdi və Səhiyyə Nazirliyi bu prosesi həyata keçirir.
Türkiyə prezidentinin mətbuat katibi Ermənistana göndərilən dərmanların hədiyyə olunacağı və ya satılacağı barədə ətraflı məlumat verməyib.[media=//www.youtube.com/watch?v=ZyIzUwsHNk0]