Hələ də kommunist üsul-idarəçiliyinin hökm sürdüyü Vyetnamda koronavirus epidemiyaının qarşısı hakimiyyətin gördüyü sərt karantin tədbirləri və sosial səfərbərlik sayəsində alınıb.
Virtualaz.org xəbər verir ki, Vyetnamın dəhşəli virusa qarşı mübarizədə bu cür uğur əldə etməsinin səbəbləri haqda “South China Morning Post” nəşri yazır.
Avropada və ABŞ-da virusun əhalini qırıb çatdığı, hər gün minlərlə adamın ölümünə səbəb olduğu bir vaxtda Vyetnamın böhrana reaksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təriflənir. Çinlə ümumi sərhədlərə malik olmasına baxmayaraq Vyetnamda virusa yoluxanların sayı cüzidir, ölənlər isə yoxdur. Vyetnamın təcrübəsini Cənubi Koreya, Sinqapur və Tayvan kimi region ölkələrinin KİV-ləri də tərifləyirlər.
Ümumdünya Səhiyyə Təşkilatının Vyetnamdakı nümayəndəsi Kidun Park hesab edir ki, ölkənin böhrana xeyli erkən reaksiya verməsi uğurun başlıca amilidir. “Vyetnam bu infeksiyaya erkən və qətiyyətli reaksiya verdi. Ölkə risklərin qiymətləndirilməsi ilə bağlı ilk araşdırmanı hələ yanvarın əvvəllərində, Çindən ilk yoluxma xəbərləri gələndən dərhal sonra apardı”,-o bildirib.
Elə həmin vaxt ölkədə baş nazirin müavininin rəhbərliyi ilə koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli komitə yaradılıb. Komitə dərhal fəaliyyət planını təqdim edib. Vyetnam məktəbləri hələ yanvaran bağlanıb, martın 16-da isə ölkədə total karantin tətbiq edilib. Martın 25-dən bütün beynəlxalq aviareyslər dayandırılıb. Daxili reyslərin böyük əksəriyyəti, o cümlədən avtobus və qatar reysləri ləğv olunub. Aprelin 1-dən isə ölkəyə giriş-çıxış tamamilə dayandırılıb. Maska taxmaqdan imtina edərək başqasını yoluxduran şəxslərə qarşı 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Vyetnam hakimiyyəti hələ də bu məhdudiyyətləri yumşaltmır. Baxmayaraq ki, ölkədə virusa yoluxanların sayı azdır. Bu gü aprelin 13-nə olan məlumata görə Vyetnamda cəmi 262 yoluxma halı aşkarlanıb, ölən isə yoxdur. Bunun səbəbi Vyetnamda atipik pnevmoniya kimi oxşar xəstəlikləri müalicə etmək təcrübəsidir. Vyetnam həkimləri yoluxanların vəziyyətinin ağırlaşmasına imkan verməyib və onlara vaxtında müdaxilə edərək pnevmaniyanın aradan qaldırıb.
Vyetnamın uğurunun səbəblərindən biri də onun vətəndaşlarının sosial səfərbərliyidir. Belə ki, baş nazir Nquen Suan Fuk ölkənin koronavirusa qarşı mübarizəsini Tetsk hücumu-1968-c ildə ABŞ-la müharibə zamanı kommunist qüvvələrin ilk genişmiqyaslı hücumu ilə müqayisə edib. Yaşlılar təsdiq edirlər ki, müharibədən bu yana ölkədə belə səfərbərlik və intizamın şahidi olmamışdılar.
Qeyd edək ki, epidemiyanın başladığı Çin də məhz bu cür sərt karantin və kütləvi səfərbərlik sayəsində virusu dayandıra bilib.