Koronavirus pandemiyasını Bill Qeyts başlatdı.
Publika.az xəbər verir ki, bu iddia ilə uzun müddət ABŞ Prezidenti Donald Trampın siyasi müşaviri olmuş, siyasi çevrələrdə “əfsanə” olaraq tanınan Rocer Ston çıxış edib.
İndiyə qədər pandemiyanın Qeyts tərəfindən yayıldığı haqda müxtəlif iddialar irəli sürülüb. B.Qeyts bu iddiaları təkzib edib və bildirib ki, virusla mübarizə üçün 1 milyard dollar yardım ayırıb.
Lakin R.Ston onunla razılaşmır və iddia edir ki, bu pandemiyanın yaradılması və yayılmasında Qeytsin rolu böyükdür.“Bəziləri bu iddiaların gerçək olmadığını hesab edir, bəziləri də məntiqli olduğunu deyir. Bildirməliyəm ki, Qeyts və digər qlobalçılar bununla mikroçipləri məcburi hala gətirdi. Lakin heç kim mənim bədənimə mikroçip taxa bilməyəcək”, - o qeyd edib.
Asif