Yaşı 50-dən aşağı olanlar koronavirusdan ölməyəcək, onların yoluxmasına imkan verməliyik - Alman həkim

15-04-2020, 21:49   


Almaniyanın aparıcı epidemioloqu koronavirus probleminin radikal həllini təklif edir

“Yaşı 50-dən aşağı olan insanlar yəqin ki, koronavirusdan ölməyəcək və ya ağır formada xəstələnməyəcəklər. Buna görə biz onların yoluxmasına, xəstəlik keçirməsinə və immunitet yaranmasına imkan verməliyik”.


AZƏRTAC xəbər verir ki, kifayət qədər qeyri-adi səslənən bu təklif Almaniyanın aparıcı epidemioloqlarından biri olan Aleksandr Kekule tərəfindən irəli sürülüb.

Onun fikrincə, koronavirusa qarşı vaksin, Allah bilir nə vaxt ixtira ediləcək, onu gözləmək lazım deyil.

Kekule bütün karantin məhdudiyyətlərinin təcili ləğv olunmasını təklif edir. Amma bu halda üç şərtə riayət etmək lazımdır: yaşlılar evdə qalmağa davam etməlidir; sosial məsafədən intellektual məsafəyə keçmək lazımdır; gəncləri qəsdən koronavirusa yoluxdurmaq lazımdır ki, onların orqanizmində anticisimlər yaransın.

Kekulenin fikrincə, bu tədbirlər Almaniyada koronavirus epidemiyasına daha tez üstün gəlməyə kömək edəcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.