3 ildir icra başçısından pullarını ala bilməyən sahibkarlar yenidən prezidentə müraciət etdilər...
Sumqayıt Bulvarının və şəhərin giriş hissəsinin inşaasını həyata keçirən sahibkarlarla icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı davam edir. Xatırladaq ki, bu borc qalmaqalıı uzun müddətdir ki, mətbuatın gündəmindən düşmür və Zakir Fərəcovdan pullarını istəyən sahibkarlar problemin həlli üçün dəfələrlə müxtəlif dövlət qurumlatına, o cümlədən ölkə prezidentinə və birinci vitse-prezidentə müraciət ünvanlayıblar. Sahibkarların bu müraciətləri mütamadi olaraq dövrü mətbuatda da işıqlqndırılıb. Bəs problem niyə öz həllini tapmır?
Qeyd edək ki, sahibkarlar Zakir Fərəcovun görülən işlərə görə onlara təxminən 8 milyon manat borclu qaldıqlarını iddia edirlər və bu birc üzündən özlərinin də müflis olduqlarını bildirirlər. Mısələ məhkəmələrə belə daşınsa da hələ ki, problem öz hüquqi həllini də tapmır. Sahibkarlar bunu Zakir Fərəcovun məhkəmələrə təzyiq etməsi ilə əlaqəndirirlər.
Bununla əlaqədar olaraq sahibkarlar və pullarını ala bilməyın işçilər növbəti dəfə ölkə prezindentinə və birinci vitse-prezidentə, o cümlədən Prezident Admnistrasiyasının rəhbəri Samir Nuriyevə müraciət ünvanlayıblar. Bir nüsxəsi də MilliYol-a ünvanlanan müraciətdə qeyd olunur ki, 3 ildən artıqdır ki, gördükləri işlərin pulunu icra başçısı Zakir Fərəcovdan ala bilmirlər və qeyd edirlər ki, bu müddət ərzində məsələ ilə bağlı icra başçısı və onun müavinlərinin yanında olsalar da hər dəfə b6r bəhanə ilə ödənişdən yayınırlar. Sahibkarlar jətta Zakir Fərəcovun onları təhdid etdiyinində vurğulayırlar: “Biz Zakir Fərəcovdan əlavə nəsə istəmirik. Öz haqqımız olan pulu tələb edirik. Lakin hər dəfə bizi ya təhdid edir, ya yola verməyə çalışır, ya da borcun 30 faizinin ona bağışlanmasını tələb edir”, deyə müraciətdə bildirilir.
İş adamları daha sonra qeyd edirlər ki, onlar bütün imkanlardan yararlanaraq, pullarını almağa çalışırlar. Onların sözlərinə görə, bunun üçün bütün barışıq təkliflərindən, ödənişlərin heç olmsa hissə-hissə həyata keçirilməsini qeyd etsələr də, icra başçısı bunu qəbul etmir.
İş adamları onu da qeyd edirlər ki, indiyə qədər etdikləri müraciətlərin bəzi təsirləri olsa da, bu hələ də onların problemlərinin həllinə gətirib çıxarmayıb.
Müraciətin sonunda sahibkarlar əminliklərini ifadə edirlər ki, baş verənlərdən prezident məlumatlandırılsa ən qısa zamanda onların problemləri öz həllini tapar: “Bu günə qədər etdiyimiz müraciətlərə müsbət yanaşılsa da, indiyə qədər problemimiz həll olunmamış qalıb. Lakin biz əminik ki, sözlərimiz Sizə çatdıqdan sonra müraciətimizə baxıb, lazımi göstərişlər verəcəksiniz. Çünki Siz hər zaman zəhmətkeş insanların, sahibkarların, işçilərin yanında olmusuz, onlara dəstək vermisiniz və hər zaman himayəniz altında saxlamısınız. Şübhəsiz ki, bu ənənə bundan sonra da davam edəcək. Ona görə də, Sizdən xahiş edirik ki, üzləşdiyimiz problemin aradan qaldırılmasında, yəni, 3 ilə yaxındır halal haqqımız olan pulun Sumqayıtın icra başçısı Zakir Fərəcovdan alınaraq, bizə verilməsinə köməklik edəsiniz. Bizim Sizdən başqa güvənəcəyimiz kimsəmiz yoxdur. Və inanırıq ki, səsimizi eşidib, Zakir Fərəcov haqqında hüquqi tədbirlərin görülməsini təmin edəcəksiniz”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
pia.az
Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627
Etiket: Zakir Fərəcov