Zənginlər koronavirusdan qaçmaq üçün yaxtalarda özlərini təcrid edir

20-04-2020, 11:23   


Koronavirus pandemiyasının bürüdüyü dünyada virus varlı ilə kasıb arasında fərq qoymasa da hər halda zənginlər bu bəladan özlərini və yaxınlarını qorumaq üçün pulun gücündən istifadə etməyə çalışırlar.

Virtualaz.org xəbər verir ki, bir çox zənginlər koronavirusdan qorunmaq üçün özlərini dəbdəbəli yaxtalarda təcrid edib dənizin ortalarına çəkilirlər.

“Forbes Life” hazırda nə qədər zənginin yaxtalarda koronavirusdan qorunmağa çalışdıqlarını anlaşdırıb. Bu təcrübəyə əl atanlardan birincisi “DreamWorks Animation” şirkətinin qurucusu, milyarder Devid Geffen idi. Və o özünün “Rising Sun” adlı dəbdəbəli yaxtasında karantin rejiminə keçərək İnstagram-da fotolar paylaşmışdı. Lakin həmin vaxt sosial şəbəkə istifadəçiləri milyarderi kəskin şəkildə qınadılar və onun hərəkətini “ayıb, günah” hesab etdilər.

Bununla belə məlum olub ki, Giffen dəbdəbəli yaxtada özünütəcrid rejiminə keçən ilk zəngin deyil. “Bir sıra imkanlı ailələr bu situasiyanı göyərtələrdə keçirməyə çalışır”,-Monakodakı Arcon Yachts çarter departamentinin rəhbəri Yuliya Perzoni deyir. Onun sözlərinə görə, fevral ayından başlayaraq 4-6-8 həftəlik yaxta kirayələyənlərin sayı kəskin artıb.

Artıq bir neçə həftədir ki, Amerikanın broker şirkəti Northrop & Johnson müştərilərin artdığının şahidi olur. O cümlədən Londondakı yaxta-broker şirkəti Burgess-də uzunmüddətli çarterlərə sifarişlərin artdığını bildirir. “İnsanlar virus qasırğasında salamat qalmağa çalışırlar. Məsələn, ailələrdən biri yaxtanı 9 həftəlik kirayələdi. Yaxşı iqlimi olan regionda yaxta özünütəcrid etmək üçün pis variant deyil. Böyük yaxtalar bir neçə aylıq ərzaq və digər zəruri mallar ehtiyatı üçün kifayət qədər yerə malikdir, bu isə o deməkdir ki, yaxta bir neçə ay sahillə təmasda olmadan dənizin ortasında qala bilər”,-şirkətin baş direktoru Conatan Bekett bildirib.

O qeyd edib ki, yaxta kirayələyənlər göyərtədə uşaqları üçün təhsil təşkil edir, o cümlədən şef-aşbazlarla kulinariya dərsi verir və vaxtlarını həm səmərəli, həm əyləncəli keçirməyə çalışırlar.

Yaxta icarəsi biznesi ilə məşğul olanlar deyirlər ki, zənginlər koronavirus haqda eşidən kimi öz gəmilərində dezinfeksiya işləri aparıblar və ekipaj üzvlərinin sağlamlıqlarını müntəzəm nəzarətdə saxlayırlar. Zənginlər koronavirusdan qorunmaq üçün yaxtalarla ABŞ-dan cənublara, Karib hövzəsinə, Maldiv və Seyşel adalarına üz tuturlar. Habelə Alyaskaya, sakit okeanın cənub hissəsindəki adalara və Çilinin ucqar sahillərinə üz tutanlar da var.

Ekspertlərin qiymətləndirmələrinə görə, bir həftəlik yaxta kirayəsi 100 min dollardan çoxdur, meqayaxtaların həftəlik kirayəsi isə ekipaj və yanacaq xərcləri çıxılmaqla 600 min dollara yaxındır. Burada yaxtanın ölçüsünün əhəmiyyəti var, gəmi nə qədər böyük olsa o okeanda pis hava şəraitinə də o qədər yaxşı davam gətirə bilər. İndi Karib sahillərində yaxta trafiki o qədər artıb ki, ekipaj üzvləri yanacaq götürmək üçün növbə yarandığını deyirlər. Yerli limanlar görünməmiş yüklənməyə məruz qalır. Ekspertlər onu da deyirlər ki, indiki pandemiya şəraitində yaxtaların kirayəsi ilə yanaşı satışı da artmaqdadır.

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.