Kəmaləddin Heydərovun zavodunda inanılmaz maxinasiyalar: “Milla” rəhbərliyi “Gilan” Holdinqi aldadır?- VIDEO

21-04-2020, 11:27   


Kəmaləddin Heydərovun zavodunda inanılmaz maxinasiyalar: “Milla” rəhbərliyi “Gilan” Holdinqi aldadır?
+ -
14:11 20-04-2020 | icon 477

“Milla” süd zavodunda baş verən özbaşınalıqlardan xəbər verərək  bildirmişdik ki, şirkət rəhbərliyi heç bir səbəb olmadan ona yaxın sürücünü işdən çıxarıb.

Ötən həftə “Milla”dan işdən çıxarılan sürücülər aksiya keçirərək, üzləşdiyi özbaşınalıqları ictimailəşdiriblər.

Onların sözlərinə görə, zavodun direktoru Samir Şirinov, müavini Pərviz Hüseynzadə və loqistika müdiri Ismayıl Tanrıverdiyev merkantil maraqlarını güddüyü üçün illərdə “Milla”da çalışanları səbəbsiz yerə işdən çıxartmaqdadırlar.

Pandemiyanın tüğyan etdiyi zamanda Prezidentin qəti şəkildə xəbərdarlığına rəğmən “Gilan Holdinq”in təyin etdiyi rəhbər şəxslər vətəndaşları işdən çıxararaq prezidentin göstərişinə əhəmiyyət göstərmirlər.

Əsasən Ismayıl Tanrıverdiyev başda olmaqla (Pərviz Hüseynzadə onu dəstəkləyir) işçiləri müqavilə ilə hədələyir və hal hazırda orada işləyən həmkarlar da bu problem ilə üzbəüz dayanıb dövlətdən dəstək istəyirlər.

Əlavə olaraq onu qeyd edək ki, Pərvizin SREN adlı ayrıca firması var və Ismayıl Milla şirkətinə gəlmədən öncə onunla bir çalışıbdır

İsmayıl işdən çıxarılan sürücülərin yerinə öz qohumlarını gətirib işlə təmin edir.

Bu arada AzToday.az-a şikayət edən işçilərin sözlərinə görə, zavod rəhbərliyi “Milla”nın sahiblərini aldadaraq müxtəlif maxinasiyalar həyata keçirir.

“Pərviz Hüseynzadə “Milla”da hegemonluq edir. Zavodun təzə satış müdiri bir aydı işleyir, amma Pərviz Hüseynzadə ona işləməyə imkan vermir. Bununda əyani nəticəsidir ki, keçən həftə Pərvizin göstərişi ilə bölgə müdirlərindən biri səbəb olmadan işdən (guya müqavilə müddəti bitib) azad olundu. Halbuki həmin bölgə müdiri 8 ildən çox idi ki, “Milla”da işləyirdi. Satışda süd məhsullarından anlayışı olmayanlar işə götürülür, təcrübəli işçilər İsmayil Tanriverdiyev tərəfindən hədələnərək işdən çıxarılır. Zavodda işçilər əlavə saatlarda belə işlədilir, amma buna görə onlara heç bir ödəniş edilmir. Şirkətin yanacağını satanlara isə göz yumulur” – deyə işçilər bildirir.

Pərviz Hüseynzadə “Milla”da müavin təyin olunandan sonra işçilərin maaşını 50-100 manat arasında azaltdığı da iddia olunur:

“Hətta xadimə və sürücülərin də maaşı azaldılıb, onların maaşından kəsilmiş puları isə Pərviz Hüseynzadə yeni işə götürdüyü adamlara yazdırır. Belə ki, Pərviz Hüseynzadə müavin təyin olunandan sonra ofisdə işçilərin sayı artırıldı. Hazırda ofisdə işləyənlərin sayı fəhlələrdən çoxdur”.

Zavodda baş verən maxinasiyalardan danışan işçilər dediyinə görə, “Milla”nın təhcizatcısı olduğu obyektlərə verilən 1,5 faizlik süd məhsulları aşağı qiymətlərlə mağazalara verilir:

“Milla”da çalışan auditlər də buna göz yumur. Nəticədə zavodun satış göstəriciləri aşağı düşüb. Bu işin başında da Pərviz Hüseynzadə dayanıb. Belə ki, təhcizatçılara verilən məhsullar satış təmsilçiləri vasitəsi ilə çox aşağı qiymətə alınıb, mağazalara verilir. Magazalar da ucuz olduğu üçün həmin məhsulları həvəslə alıb,  satırlar…”.

Şikayətçilər daha sonra bildirir ki, zavodda baş verən maxinasiyalara mane olduqları üçün işdən çıxarılıblar: “Zavodda baş verən qanunsuzluqlarla bağlı çox şeyi bilirik. Biz bu məlumatları “Gilan” Holdinqin rəhbərliyinə də çatdırmağa hazırıq”.

Səslənən ittihamlarla bağlı “Milla” süd zavodunun rəhbərliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

[media=//www.youtube.com/watch?v=uqZHG0zWrpA]

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.