"Azərbaycanın ən böyük internet provayderində qəza baş verib" - OSMAN GÜNDÜZ

21-04-2020, 18:18   



"Hazırda Azərbaycan İnternetində problemlər yaşanır. Ölkənin 2 əsas magistral provayderindən birində - "Delta Telecom"un daxili şəbəkəsində yaranan qəza ilə əlaqəli bir sıra provayderlərdə və iri şirkətlərin internet təchizatında bağlantı kəsilib. İlkin məlumatlara görə, "Delta Telekom"un 2-ci əsas mərkəzi, ATS 66-da yerləşən mərkəzi ilə "DeltaTelekom"un əsas mərkəzini birləşdirən fiber-optik xətlərdə (Heydər Əliyev Mərkəzinin qarşısında) zədələnmələr baş verib. Bu qəzanın kimlərsə tərəfindən, xəbərdalıq edilmədən aparılan qazıntı işləri zamanı baş verrdiyi bildirilir. Bunun nəticəsində "Deltan"ın 2-ci əsas mərkəzində yerləşən resurslarda problem yaranıb". 

Bunu Redaktor.az-a açıqlamsında Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Multimedia mütəxəssisi bildirib ki, "Delta" mövcud alternativləri işə salsa da, son zamanlar ölkədə internet trafikin həcmi bir neçə dəfə artığından mövcud resurslar və alternativlər tələbatı tam ödəyə bilməyib. Beləliklə də yalnız "DeltaTelekom"dan internet alan provayderlər və iri şirkətlərdə, dövlət qurumlarında problemlər yaranıb:

"Eyni zamanda "Delta"dan internet alan 2-ci səviyyəli provayderlərin də alternativlər üzərindən bağlantıları olmadığından, yalnız bir xətt üzərində oturduğundan, bu cür provayderlərdə ümumiyyətlə internet tam kəsilib. Hazırda "DeltaTelekom"da qəzanın aradan qaldırılması, internetin dayanıqlığının təmin olunmasl istiqamətində işlər aparılır. Baş verənlər bir daha göstərir ki, ölkədə dayanıqlı informasiya infrastrukturunun formalaşdırılması, kəsilməz və keyfiyyətli internet bağlantısı sahəsində son illərdə bir xeyli işlər görülsə də, problemlər hələ də qalmaqdadır. Bu tip hadisələr eyni zamanda, ölkənin informasiya təhlükəsizliyi üçün də təhdiddir.

Ölkənin əsas internet təchizarçısı olan "DeltaTelecom" istənilən şəraitdə dayanıqlı olan, tələbatı ödəyə biləcək alternativlərin yaradılmasına diqqət yetirməlidir. Düşünürəm ki, cavabdeh dövlət qurumları və "backbone" provayderlər ölkədə istənilən şəraitdə dayanıqlı olan, alternativlər üzərində qurulan infrastrukturun formalaşmasına diqqət yetirməlidir. NRYTN və magistral provayderlər 2-ci səviyyəli provayderlər qarşısında alernativ kanalların olmasını məcburi şərt olaraq irəli sürməlidir".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.